
Balakən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rayon əhalisinə müraciəti
Hörmətli Balakən rayon sakinləri!
Məlum edirik ki, 2025-ci ilin may ayının 10-dan iyun ayının 10-dək Balakən Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən Balakən rayon ərazisində Təmiz hava aylığı keçirilir. Aylığın keçirilməsində məqsəd Azərbaycan Respublikası Daxili İşlər və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nəzirlikləri tərəfindən nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısını almaqdan, mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrini müəyyən edib qanunvericiliyə uyğun tədbirlər görməkdən ibarətdir.
“Yol hərəkəti haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan
Respublikası Qanunlarının tələblərini rəhbər tutaraq, Daxili İşlər Orqanları tərəfindən
nəqliyyat vasitələrinin saz saxlanılması ilə bağlı aparılan nəzarət tədbirlərinə baxmayaraq, yollarda hələ də texniki vəziyyəti yol hərəkəti təhlükəsizliyinin tələblərinə cavab verməyən, habelə normadan artıq tüstü və digər çirkləndirici maddələr buraxmaqla ətraf mühitə və insan sağlamlığına zərər vuran avtomobillərə tez-tez rast olunur.
Nəqliyyat vasitələrinin itsismarı nəticəsində ətraf mühitin zərərli qazlarla
çirklənməsinin qarşısının alınması və belə pozuntuların insanların həyat və sağlamlığına ciddi təhlükə törətməsi barədə sürücülərə, sərnişin və yük daşıma fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslərə bölmə əməkdaşları tərəfindən müntəzəm olaraq müvafiq izahlar verilir. Aylıq çərçivəsində uzun müddət yaşayış binalarının, evlərin həyətlərində, küçə və yollarda saxlanılan istismara tam yararsız vəziyyətdə olan nəqliyyat vasitələrinin həmin ərazilərdən götürülməsi və dövlət qeydiyyatından çıxdaş edilməsi məqsədilə onların sahibləri ilə profilaktik söhbətlərin aparılması da əsas məsələlərdən biridir.
Odur ki, Balakən Dövlət Yol Polisi rayonumuzun avtonəqliyyat vasitələrinin
sahiblərinə müraciət edərək onlardan tələb edir ki, istifadələrində olan avtonəqliyyat
vasitələrini “Yol hərəkəti haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında”
Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq saz vəziyyətdə
saxlanılmasına riayət etsinlər. Bununla siz əhalinin sağlamlığının qorunması və
atmosfer havasının mühafizəsi işində mühüm rol oynamış olursunuz.
Gəlin, birlikdə əhalimizin sağlamlığının qeydinə qalaq!
Balakən RPŞ-nin DYPB-si