25 avqust 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı Anar Rzayevin qələmindən ərsəyə gələn “Ötən ilin son gecəsi” əsəri əsasında hazırlanan tamaşa səhnələşdirilərək tamaşaçılara nümayiş etdirilib.
Səhnə əsərinin təqdimatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin mədəniyyətə maraqlarının artırılması məqsədini daşıyıb. Tamaşada iştirak edən gənc könüllülər öz aktyorluq bacarıqlarını nümayiş etdirərək tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.
Mədəni tədbir gənclərin birliyinə, mədəni mühitdə fəal iştirakına və milli ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılıq irsinin təbliğinə xidmət edir.







Yeni Balakən