“Mənim oğlum qəhrəmandır.”

15.07.2025-ci il tarixində Yeni Şərif kənd Sənətkarlıq Evində ərazimizin işğaldan azad olunması uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsinə həsr olunmuş “Mənim oğlum qəhrəmandır ” başlığı altında ədəbi-bədii gecə keçirilib.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir rəngarəng çıxışlarla davam etdi.
Tədbirdə I və II Qarabağ müharibnəsinin şəhid ailələri, qazilər, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi, Mədəniyyət Mərkəzinin əməkdaşları, qonşu kənd mədəniyyət müəssisələrinin əməkdaşları,ziyalılar,yazıçı publisistlər,məktəblilər və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canlarından keçmiş igid övladlarımızın qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan bəhs edib, şəhid ailələrinin göstərdiyi fədakarlığı yüksək dəyərləndiriblər.

Ədəbi-bədii gecədə şəhidlərə həsr olunmuş şeir kompozisiyası, vətənpərvərlik ruhunda mahnılar, səhnəciklər və rəqslər təqdim olundu. Səhnədə ifa olunan hər bir nömrə tamaşaçılar tərəfindən böyük duyğular və alqışlarla qarşılandı.

Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkli çəkildi.

Zöhrə Bekayeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir