Mədəniyyət

Tədbirdə muzeyin direktoru Turan Musayev, muzey əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli, Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva, aparıcı məsləhətçi Sevinc İbadova, Balakən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Türkan Əliyeva, İmaməddin Nəsimi adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Samirə Varansova, şəhid anaları Zümrüd Məmmədova, Aynur Bayramova, Gülşən Kərimova, Uşaq Səfirlər Məclisinin fəal üzvləri və məktəblilər iştirak ediblər.

Tədbirin açılışında muzeyin direktoru Turan Musayev çıxış edərək Beynəlxalq Muzeylər Gününün əhəmiyyətindən, muzeylərin cəmiyyətdəki rolu və tarixi-mədəni irsin qorunmasındakı missiyasından danışıb.

Ardınca çıxış edən qonaqlar muzeylərin tərbiyəvi, maarifləndirici funksiyalarını vurğulayıb, regionda aparılan mədəni işlərə diqqət çəkiblər.

Tədbir bədii hissə ilə yekunlaşıb.

Tarix-Diyarşünaslıq Muzeyin direktoru

Turan Musayev

29 aprel 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzi və MİHİ Balakən rayon Komitəsinin birgə təşkilatçılığı ilə 29 Aprel – Beynəlxalq Rəqs Günü münasibətilə “Səhnədə rəqs bayramı” adlı rəqs müsabiqəsi təşkil olunub.

3 nominasiya üzrə keçirilən müsabiqədə ümumilikdə 92 nəfər yeniyetmə və gənc iştirak edib. İştirakçılar rəngarəng və peşəkar çıxışları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.

Müsabiqənin münsiflər heyətində 2 saylı şəhər Diyarşünaslıq klubunun müdiri Bağırova Nəzakət, Qabaqçöl qəsəbə Folklor klubunun müdiri Çukayeva Mehriban və sabiq mədəniyyət işçisi, xoreoqrafiya müəlliməsi Atayeva Veronika yer alıblar.

Müsabiqənin sonunda bütün iştirakçılar həvəsləndirici diplomlarla təltif olunub. I, II və III yerlərin qaliblərinə isə kubok, medal və diplom təqdim edilib. Tədbir tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.