Category: Xəbərlər

İdman

0

Hörmətli Balakənlilər.

04.05.2025-tarixdə Balakən Olimpiya İdman Kompleksində SSRİ idman ustası olmuş,mərhum Əhməd Xalavasovun xatirəsinə “Təknə” idman klubunun təşkilatçılığında sərbəst güləş növü üzrə açıq Respublika turniri keçiriləcək.Respublikanın hər yerindən 350 nəfərə yaxın idmançılar beynəlxalq dərəcəli hakimlərin idarəçiliyində yarışacaq,birincilik uğrunda mübarizə aparacaqlar.Əhməd müəllimin ailə üzvlərinin dəstəyini də nəzərə aldıqda qalibləri böyük mükafatlar gözləyir.

Məqsəd, bu gün bir çox yetirmələri ölkə və dünya səviyyəsində tanınan,yer tutmuş idman ustası Əhməd Xalavasovun xatirəsini əbədiləşdirmək,rayonda idmanın,o cümlədən sərbəst güləş növünü inkişat etdirmək,idmana maraq yaratmaqdır.

Bu gözəl idman tədbirinə hamılıqla dəstək olmaq lazımdır.Dəstəyiniz, tədbirdə tamaşaçı qismində iştirak etməniyinizdir.Ödənişsizdir.Reklam qəbul olunur,iş adamları biznesini reklam edə bilərlər banner reklamı vasitəsilə.

Hər kəs tədbirə dəvətlidir.Buyurun gəlin,güləşçilərimizə,idmana dəstək olun,yarıışdan zövq alın.

Səhiyyə

4

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanası

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanasında həyat vardı.Sözün əsl mənasında bir sıra sahələrdə çox yüksək tibbi xidmət göstərilir,o cümlədən cərrahiyə şöbəsinə,doktor cərrah Herayevin qəbuluna,əməliyyat olunmaq üçün nəinki Balakəndən,qonşu rayonlardan,hətta Gürcüstan Respublikasından da xəstələr gəlirdi.Bir gündə 14-15 cərrahi əməliyyat həyata keçirilirdi..Sonralar baxımsızlıqdan,təmir üçün yetərli vəsait ayrılmadığından xəstəxana,özəlliklə o məhşur cərrahiyə şöbəsi və digər yerlər uçub tökülməyə,dağılmağa başladı.Bu haqda rəsmi səviyyədə çox müraciətlər olunub Səhiyyə Nazirliyinə,hətta millət vəkili Nəsib müəllim Qabaxçöl qəsəbə xəstəxanasının bərbad vəziyyətini əks etdirən foto albom hazırladaraq nüsxələrini Səhiyyə, Maliyyə, İqtisadi İnkşaf Nazirliklərinə,Baş Nazirə təqdim edərək müraciət etmişdi.O müraciətdən sonra işə başlanılmış,ilkin olaraq yeni xəstəxananın layihəsi üçün vəsait ayrılmış,mütəxəssislər yerlə tanış olmaq üçün Balakəndə,Qabaxçöl qəsəbəsində olmuşlar.Sonra II Qarabağ Müharibəsi başladı,bu işlər dayandı.O dayanan hələ dayanıb amma ümid var..

Balakən RMX-nın Publik Hüquqi Şəxsi,direktor Dilbər xanım Quliyeva aidiyyatı təşkilatlara İTS,TƏBİB,Səhiyyə Nazirliyinə müraciət edərək mövcud vəziyyəti,tələbatı,çətinliyi və real imkanları onlarla məsləhətləşərək,razılaşdıraraq Qabaxçöl xəstəxanasına bir həyat nişanəsi,ilk olaraq iki sahə üzrə xidmət gətirdi.Beləliklə rayonun Qabaqcöl qəsəbə xəstəxanasında ASM-də qan alma və ginekoloji müayinə xidmətlərinə start verilib.Bu münasibətlə Qabaxçöl qəsəbəsə xəstəxanasında tədbir keçirildi.Tədbirdə Balakən rayon mərkəzi xəstəxanasının direktoru Dilbər Quliyeva, xəstəxananın İSX şöbə müdiri Cənnət Mustafayeva, xəstə xidmətləri şöbə müdiri Zülfira Ömərova, ASM mama-ginekoloqu Lalə Tinayeva, həkim laborant Aksana Ramazanova və tibb bacıları iştirak edib.Hələlik mövcud imkanlarla həftənin 2-ci və 4-cü günlərində analiz nümunələri alınacaq və ayda bir dəfə mərkəzi xəstəxananın ginekoloqu Lalə Tinayeva tərəfindən ginekoloji müayinə keçiriləcək.Qəsəbənin uzaqlığını nəzərə alaraq, TƏBİB-in belə şərait yaratması yerli əhaliyə həkim xidmətlərinə daha asan çatma imkanı təmin edir.

Tədbir, əhali arasında sağlamlıq problemlərinin erkən diaqnozunu qoymaq və müalicə proseslərini daha effektiv şəkildə həyata keçirmək məqsədini güdür. Bu addım, yerli sakinlərin sağlamlıq vəziyyətlərini izləmələri və vaxtında müalicə alma imkanlarını artıracaq.Bununla yanaşı vətəndaş bəzi xərclərinə qənaət edəcək,eyni zamanda Balakən RMX-da sıxlığı azaldacaq.Ağılla görülən işlər hər zaman gözəldir..

Yeni Balakən

Mədəniyyət

2

Mədəniyyət xəbərləri

15 aprel- Beynəlxalq Mədəniyyət Günüdür.

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

Bu gün Balakəndə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu.Bu münasibətlə Balakən Mədəniyyət Mərkəzində tədbir keçirildi.Çıxışlar,təbriklər,konsert,rəqs,şeir,kiçik səhnəciklər..Bir sözlə mədəniyyət işçilərinin özfəaliyyətində çox maraqlı ifalarla yadda qalan bir gün oldu-15 aprel tarixi..