Category: Xəbərlər

“Biz bu məsələni unutmadıq və unudası deyilik!” – Prezident İlham Əliyev.

3

III Qlobal Media Forumunda Prezident İlham Əliyev 2024-cü ilin dekabrında Azərbaycanın təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı ilk dəfə ətraflı danışdı.
“Təyyarə vuruldu, sonra bir daha… Biz nə baş verdiyini bilirik. Hava məkanı yalnız vurulmadan sonra bağlanıb. Hər şey gün kimi aydındır.”
Azərbaycan Baş prokuroru Rusiya İstintaq Komitəsinə yeddi aydır məktublar göndərir. Cavab eynidir: “İstintaq davam edir.”
“Biz bu məsələni unutmadıq və unudası deyilik!” – Prezident bildirib ki, Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün portfel hazırlayır. Rusiya rəsmi şəkildə bu barədə xəbərdar edilib.
“Gərəkirsə, 10 il də gözləyəcəyik – ədalət bərpa olunmalıdır!”

Yeni Balakən

Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılalan xəbərlərdən ünvanlanan suala cavabı

1

Prezident İlham Əliyevə Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlərdən sual ünvanlanıb.
Dövlət başçısı bildirib ki, bu sual Ermənistan rəhbərliyinə verilməlidir:
“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”.

“Yeni Balakən” qəzetinə mobil telefonlarınızdan bu proqramı yükləyərək brauzerlərə girmədən də baxa,oxuya,istifadə edə bilərsiz.Siz hörmətli oxucularımız,izləyicilərimiz üçün “Yeni Balakən” mobil tədbiqini (apk) yaratdım. Buyurun,telefonunuza yükləyin,istifadə edin.

1

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərinə səfər ediblər.

Səfər tarixi də gözəl rəqəm düzülüşünə təsadüf edir:17.07.2025.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Prezidenti İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində, Bülbülün ev-muzeyində, Yuxarı Gövhər Ağa məscidində, Mehmandarovların malikanə kompleksində, Cıdır düzündə olub, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıb, Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

P.S.Türkmənistan rəhbərinin gəlməsi,Türkmənistanla əlaqələrin inkişafı,daimi,səmimi olması arzuolunandır,xoşdur.Bilindiyi kimi Türkmənistan Çinin qaz ehtiyacının 40%-ni təmin edən ölkədir.Böyük qaz,neft yataqlarına,təbii sərvətlərə malik Türkmənistanın hər kəsə qaynayıb qarışan,özəlliklə də qardaşları ilə can-ciyər olması kürəsəlçiər tərəfindən bir o qədər də arzu olunan deyil.Amma bütün nəslərə,neqativlərə baxmayaraq Türkmənistan Türk soyu,Türk boyu,elə Türkün özü,can qardaşımızdır.Getməliyik,gəlməliyik,qaynayıb qarışmalıyıq..

Yeni Balakən