Allahın evinin(məscidlərin tikintisi, təmiri,açılışı) ilə başlayan işlər,elə xeyir-duası,izni əvvəldən Allahdan verilmiş böyük işlərdir.Allah yar və yardımcınız olsun.
18 iyul 2025









İctimai siyasi qəzet,sizin tribunanız.
Allahın evinin(məscidlərin tikintisi, təmiri,açılışı) ilə başlayan işlər,elə xeyir-duası,izni əvvəldən Allahdan verilmiş böyük işlərdir.Allah yar və yardımcınız olsun.
18 iyul 2025
Səfər tarixi də gözəl rəqəm düzülüşünə təsadüf edir:17.07.2025.
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.
İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Prezidenti İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində, Bülbülün ev-muzeyində, Yuxarı Gövhər Ağa məscidində, Mehmandarovların malikanə kompleksində, Cıdır düzündə olub, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıb, Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.
P.S.Türkmənistan rəhbərinin gəlməsi,Türkmənistanla əlaqələrin inkişafı,daimi,səmimi olması arzuolunandır,xoşdur.Bilindiyi kimi Türkmənistan Çinin qaz ehtiyacının 40%-ni təmin edən ölkədir.Böyük qaz,neft yataqlarına,təbii sərvətlərə malik Türkmənistanın hər kəsə qaynayıb qarışan,özəlliklə də qardaşları ilə can-ciyər olması kürəsəlçiər tərəfindən bir o qədər də arzu olunan deyil.Amma bütün nəslərə,neqativlərə baxmayaraq Türkmənistan Türk soyu,Türk boyu,elə Türkün özü,can qardaşımızdır.Getməliyik,gəlməliyik,qaynayıb qarışmalıyıq..
Yeni Balakən
Təşəkkürlər Rasim İslamov,Bəxtiyar Atayev.Peşəkar media olaraq günün nəbzini tutur,vətəndaş münasibətini diqqətə çatdırırsız.
15.07.2025-ci il tarixində Yeni Şərif kənd Sənətkarlıq Evində ərazimizin işğaldan azad olunması uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsinə həsr olunmuş “Mənim oğlum qəhrəmandır ” başlığı altında ədəbi-bədii gecə keçirilib.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir rəngarəng çıxışlarla davam etdi.
Tədbirdə I və II Qarabağ müharibnəsinin şəhid ailələri, qazilər, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi, Mədəniyyət Mərkəzinin əməkdaşları, qonşu kənd mədəniyyət müəssisələrinin əməkdaşları,ziyalılar,yazıçı publisistlər,məktəblilər və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canlarından keçmiş igid övladlarımızın qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan bəhs edib, şəhid ailələrinin göstərdiyi fədakarlığı yüksək dəyərləndiriblər.
Ədəbi-bədii gecədə şəhidlərə həsr olunmuş şeir kompozisiyası, vətənpərvərlik ruhunda mahnılar, səhnəciklər və rəqslər təqdim olundu. Səhnədə ifa olunan hər bir nömrə tamaşaçılar tərəfindən böyük duyğular və alqışlarla qarşılandı.
Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkli çəkildi.
Zöhrə Bekayeva
12 iyul 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində Tovuz döyüşlərinin ildönümü münasibətilə “Böyük zəfərə gedən yolun son addımları” başlığı altında Qarabağ müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirildi. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizi bir dəqiqəlik sükutla anma ilə başlayan tədbirdə QHT-dən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi,Cavanşir İsmayılov, Əsgər Ailəsi İctimai Birliyinin Balakən rayon filialı, Nəfisət Vahid, Xocalı Soyqrımını dünyaya tanıtma cəmiyyəti, Şaban Daşdəmirov, II Qarabağ müharibəsinin qaziləri Məhəmməd İsayev, Pərviz Urkayev, şəhid ailələri, yazıçı Sədulla Şirin,mədəniyyət müəssisələrinin nümayəndələri və vətənpərvər ziyalılar iştirak edirdi.
Tədbiri giriş sözü ilə Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev açaraq, Tovuz döyüşlərinin Azərbaycan tarixində oynadığı roldan, xalqımızın Vətən sevgisindən və bu döyüşlərin milli birliyin daha da möhkəmlənməsindəki əhəmiyyətindən danışıb.
Tədbir iştirakçıları qəhrəman şəhidlərimizi anaraq, Tovuz döyüşlərinin Vətən müharibəsinə gedən yolda xalqın birliyini və qətiyyətini necə gücləndirdiyini vurğuladılar.
Tədbirin məqsədi – 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərinin tarixi əhəmiyyətini bir daha xatırlatmaq, həmin döyüşlərdə nümayiş olunan milli ruhun, xalq-dövlət birliyinin sonrakı zəfərə – 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə necə yol açdığını vurğulamaq idi.
Yeni Balakən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin dağüstü parkdakı abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.
11 iyul 2025-ci il tarixində keçirilən qəbul zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında uşaqla ünsiyyət, sosial dəstəyin göstərilməsi, işlə təmin olunma, ailələr arasında yaranan problemin həllinə köməklik göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, ailədaxili münasibətlər və digər məsələlər yer alıb.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Yeni Balakən
“Əliyev-Paşinyan görüşünü, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atılmış, əhəmiyyətli addım kimi qiymətləndirmək olar. Görüşün 5 saatadək davam etməsi o deməkdir ki, tərəfləri narahat edən bütün məsələlər müzakirə olunub”.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib ki, təmasların davam etdirilməsi qərara alınıb:
“Görüşün Abu Dabidə və hansısa üçüncü tərəfin iştirakı olmadan keçirilməsi, xüsusi əhəmiyyət kəsb edir. İndiyə qədər, bu tipli görüşlər gah Brüsseldə, Avropanın digər şəhərlərində, Moskvada, Soçidə, gah da Vaşinqtonda keçirilirdi. Hər zaman üçüncü tərəf münaqişənin həll olunmasından daha çox, öz maraqlarını güdürdü. Ona görə də, nəticə olmurdu.
Birləşmiş Ərəb Əmirlikləri, imperiyapəst dövlət deyil, korparativ maraq güdmür və həm Azərbaycanla, həm də Ermənistanla yaxşı münasibətlərə malikdir. Bu baxımdan, Cənubi Qafqaz regionuna nəzarət uğrunda rəqabət aparan dövlətlərdən fərqli olaraq, BƏƏ neytral mövqe tutur. Bu da, vasitəçilik üçün qlobal güclərdən heç birinə üstünlük verilməməsi anlamına gəlir. Azərbaycan və Ermənistan bütün tərəflərə bir daha nümayiş etdirdi ki, hər hansı vasitəçi olmadan dialoq qurmağı bacarır və bu ən yaxşı formatdır”.
Nəsib Məhəməliyev hesab edir ki, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyik.
Yeni Balakən
Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib.
Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.
İyun ayının 15-dən etibarən,“Pöhrə” Təlim və İnkişaf Mərkəzində yay məktəbi fəaliyyətə başlamışdır.Həftənin beş günü,saat 09:00-dan 17:00-dək fəaliyyət göstərən Yay məktəbində gimnastika,informatika,ingilis və rus dili dərsləri,riyaziyyat,məntiq dərsləri,musiqi dərsləri,müxtəlif master klasslar keçirilir.Balanslı idman və gimnastika,informatika və digər fənlər ixtisaslı müəllimlər tərəfindən keçirilir.Uşaqlar üçün maraqlı yay əyləncələri təşkil olunur.Bu gün də həmən əyləncələrdən biri keçirildi.Uşaqlar üçün dondurma festivalı təşkil olunmuşdu.Uşaqlar bu festivalda çox əyləndilər,özləri müxtəlif meyvəli dondurmalar hazırladılar.Onlara alış-veriş mədəniyyətilə yanaşı çoxluq olan zaman növbədə dayanmaq qaydaları öyrədildi.Balacalar növbə ilə gah satıcı,gah da alıcı olurdular.Mədəni şəkildə müraciət etməyi,sonda isə təşəkkür etməyi öyrənirdilər.Dünən də master klass proqramında kap keklər hazırlamışdılar.”Pöhrədəki” müəllimlərinin sayəsində balacaların o məkanda yaratdığı bu abı-havanı gördükdə sanki dünyanın ən mədəni,inkişaf etmiş,yüksək sivilizasiyaya malik ölkəsinin kiçicik bir şəhərciyində hiss edirsən özünü..
Uşaqlar gündəlik müxtəlif fəaliyyətlərlə məşğul olur,günləri maraqlı,faydalı keçirirlər, eyni zamanda onlar yay tapşırıqlarını yerinə yetirir,hər uşaq öz sinfinə uyğun dərs materialları ilə məşğul olur,bilikləri təkrarlanır, ibtidai sinif təkmilləşdirmə aparılır,onları növbəti dərs ilinə hazırlayırlar.Bununla yanaşı maraqlı ekskursiyalar təşkil olunur, gəzintiyə çıxırlar.
Gün ərzində üç dəfə orqanik (təbii) qida (yemək) ilə təmin olunurlar.
“Pöhrə” Təlim və İnkişaf Mərkəzi sözün həqiqi mənasında yüksək xidmət göstərir.Övladını etibarlı əllərə və arzularına əmanət edir,onu gözəl gələcəyə aparan yola salırsan, hər səhər..
Müəllif yazıları
Bütün hüquqlar qorunur