📰 Şəhidlər unudulmur: Məhəmməd Ramazan oğlunun anım mərasimi
Bu gün Şəhidlər xiyabanında Vətənimizin igid oğlu, şəhid Abdullayev Məhəmməd Ramazan oğlunun anım günü tədbiri keçirildi. Tədbirdə şəhidin ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri, məktəblilər və gənclər iştirak edərək onun müqəddəs xatirəsini ehtiramla yad etdilər.
Çıxış edənlər Məhəmməd Ramazan oğlunun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışaraq, onun fədakarlığının gənc nəsil üçün örnək olduğunu vurğuladılar. Şəhidimizin həyat yolu və döyüş meydanında göstərdiyi igidliklər hər kəsin qəlbində dərin iz buraxıb.
Mərasimdə şəhidin məzarı önünə gül dəstələri qoyuldu, dualar oxundu. Məktəblilər və gənclər onun xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər, şəhidin adını daim yaşatmaq üçün bir daha söz verdilər.
Bu cür tədbirlər bir daha göstərir ki, xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmur. Abdullayev Məhəmməd Ramazan oğlu kimi igidlərin xatirəsi hər zaman uca tutulacaq, onların ruhu gələcək nəsillərə milli qürur və vətənpərvərlik hissi aşılayacaq.
Yeni Balakən












































