Bir dövlətin güclü olması qədər onun güclü qalması da vacibdir.Dünya arenasında güclü görünməsini xarici siyasəti müəyyən edirsə də,güclü qalmasını daxili siyasəti müəyyən edir.
Həqiqətən Azərbaycan dövlətinin,onun rəhbərinin apardığı xarici siyasət tərifə layiqdir.O zərgər dəqiqliyi ilə atılmış addımların bəhrəsini görürük,kim nə deyir desin..
Qalır daxili siyasət,o da xarici siyasətin yarısı qədər olsa,Azərbaycan nəinki Qafqazda elə avropa dövlətlərinin bir çoxundan daha güclü inkişafa malik olar.Bunun üçün ilk olaraq qanunların aliliyi hərkəscə birmənalı qəbul edilməli,pula satılmamalı,şah qanun deyil də qanun şah olmalıdır.Olirqarxiya nəzəratə alınmalı qanunlar vasitəsilə,5-ci kalonun isə tamamilə kökü qazınmalıdır ölkədən.Dövlətin sahibi xalq olmalı,dövlətin idarə edilməsini üstlənən hökümət isə xalqın təmsilçisi olan vətəndaşa xidmət etməli,dövlətçiliyə çalışmalıdır..
Xarici siyasətin memarı və icraçısı,Azərbaycan Respublikasının Prezidenti buna qadirdimi?-Əlbəttə qadirdir,həm də necə..
Xarici siyasətdə müxtəlif dövlət rəhbərləri,onların ideologiyaları,maraqları olur.Sən onlarla həmfikir,partnyor, tərəfdaş bəzən də qarşı tərəf olursan.Heç də həmişə onlara əmir,tapşırıq verə bilmirsən,səninlə eyni statusda olan insanlar,dövlət rəhbərləri olurlar.Amma daxili siyasəti icra edəcək olanların hamısı sənə tabedir,bu tabeçiliyin qaynağı xalqın sənə dövləti idarə etməkçün səsvermə yoluyla,seçimlə verdiyi səlahiyyət və yenə də səsvermə,referendum vasitəsilə qəbul edilmiş konstitusiyadır.Qalır sadəcə savadlı,vicdanlı,bacarıqlı,qabiliyyətli,məsuliyyətli,Azərbaycanı,Azərbaycanlını sevən,vətənə,millətə,dövlətə xidməti şərəf bilərək,sevərək çalışacaq, şərəfsizlik,haramçılıq,oğurluq etməyəcək insan kimi adamlardan ibarət məmur(xidmətçi) komandasını yaratmaq və onlarla işləmək.Görürsüz, xarici siyasətdə yanımızda Türkiyə,Pakistan və bəzi xalqımıza dost,qardaş dövlətlər olanda işlərin yarısı elə özü özlüyündən düzəlir.Daxili siyasətdə də dövlətin dörd təməlinin fəaliyyət alanında savadlı,işi bilən,halal insanlar vəzifə tutduqca bir çox məsələlər özü özlüyündən düzələcək.Bu gün vətəndaşın üzləşdiyi ən böyük problemlərdən biri,işi bilməyən,o işin əhli olmayan,savadsız məmur problemidir…
Həmfikir olduğum aşağıdakı paylaşımda daxili siyasətin bəzi istiqamətləri vurğulanıb amma bunlar təbii ki,azdı,kiçikdir.Daha böyük platforma hazırlanmalı,5 illik,10 illik yox,uzun müddət icra oluna biləcək yenilənmələrə açıq proqramlar yazılmalı,tədbiq olunmalıdır.
Son 200 ilin çarxını geriyə fırladan,Türk soyunun üzünü ağardan Azərbaycan xalqı,əsasən də Azərbaycan dövlətinin sahibi olan xalq, öz malı özünə pulla satılacaq qədər aciz(hərif),öz torpaqları ilə həmsərhəd olacaq qədər də zəif deyil.Xalqın gücünə inan,dastanlarındakı Fərhadlar,Koroğlular,Nəbilər,günümüzdəki Mübarizlər,Poladlar,Vahidlər elə bu xalqın övladlarıdır.Mənim xalqım kimsəni yarı yolda və zəfərsiz qoymaz,yetər ki,yolun haqq yolu olsun.