“Biz bu məsələni unutmadıq və unudası deyilik!” – Prezident İlham Əliyev.

III Qlobal Media Forumunda Prezident İlham Əliyev 2024-cü ilin dekabrında Azərbaycanın təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı ilk dəfə ətraflı danışdı.
“Təyyarə vuruldu, sonra bir daha… Biz nə baş verdiyini bilirik. Hava məkanı yalnız vurulmadan sonra bağlanıb. Hər şey gün kimi aydındır.”
Azərbaycan Baş prokuroru Rusiya İstintaq Komitəsinə yeddi aydır məktublar göndərir. Cavab eynidir: “İstintaq davam edir.”
“Biz bu məsələni unutmadıq və unudası deyilik!” – Prezident bildirib ki, Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün portfel hazırlayır. Rusiya rəsmi şəkildə bu barədə xəbərdar edilib.
“Gərəkirsə, 10 il də gözləyəcəyik – ədalət bərpa olunmalıdır!”

Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir