Balakəndə “Gənclərin Ritmi” adlı tədbir.

Gənclərin Ritmi

5 avqust 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkili və onların istedadlarının üzə çıxarılması məqsədilə “Gənclərin Ritmi” adlı əyləncəli konsert proqramı təşkil olundu.

Tədbirdə ümumrespublika bədii qiraət müsabiqəsinin qalibi, aparıcı və aktyor Əliağa Tapdıq və rejissor Emil Hacıyev, həmçinin ADA Universitetinin məzunu Cavidan Əliyeva iştirak etdilər.

Proqram çərçivəsində musiqi nömrələri, milli və müasir rəqslər, şeir kompozisiyaları, gənclərin ifasında mahnılar tamaşaçılara təqdim olundu. Səhnə çıxışları alqışlarla qarşılanıb, gənclərin yaradıcılıq bacarıqları böyük maraq doğurub.

Tədbirin ən maraqlı hissələrindən biri isə viktorina olub. Gənclər müxtəlif mövzularda suallara cavab verərək biliklərini sınadılar. Qaliblərə hədiyyələr təqdim olundu.

Belə tədbirlər gənclərin mədəni inkişafına, ünsiyyət bacarıqlarının formalaşmasına və asudə vaxtlarının səmərəli keçməsinə mühüm töhfə verir.
Zöhrə Bakeyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir