Balacalar üçün Yay məktəbi -”Pöhrə”

İyun ayının 15-dən etibarən,“Pöhrə” Təlim və İnkişaf Mərkəzində yay məktəbi fəaliyyətə başlamışdır.Həftənin beş günü,saat 09:00-dan 17:00-dək fəaliyyət göstərən Yay məktəbində gimnastika,informatika,ingilis və rus dili dərsləri,riyaziyyat,məntiq dərsləri,musiqi dərsləri,müxtəlif master klasslar keçirilir.Balanslı idman və gimnastika,informatika və digər fənlər ixtisaslı müəllimlər tərəfindən keçirilir.Uşaqlar üçün maraqlı yay əyləncələri təşkil olunur.Bu gün də həmən əyləncələrdən biri keçirildi.Uşaqlar üçün dondurma festivalı təşkil olunmuşdu.Uşaqlar bu festivalda çox əyləndilər,özləri müxtəlif meyvəli dondurmalar hazırladılar.Onlara alış-veriş mədəniyyətilə yanaşı çoxluq olan zaman növbədə dayanmaq qaydaları öyrədildi.Balacalar növbə ilə gah satıcı,gah da alıcı olurdular.Mədəni şəkildə müraciət etməyi,sonda isə təşəkkür etməyi öyrənirdilər.Dünən də master klass proqramında kap keklər hazırlamışdılar.”Pöhrədəki” müəllimlərinin sayəsində balacaların o məkanda yaratdığı bu abı-havanı gördükdə sanki dünyanın ən mədəni,inkişaf etmiş,yüksək sivilizasiyaya malik ölkəsinin kiçicik bir şəhərciyində hiss edirsən özünü..

Uşaqlar gündəlik müxtəlif fəaliyyətlərlə məşğul olur,günləri maraqlı,faydalı keçirirlər, eyni zamanda onlar yay tapşırıqlarını yerinə yetirir,hər uşaq öz sinfinə uyğun dərs materialları ilə məşğul olur,bilikləri təkrarlanır, ibtidai sinif təkmilləşdirmə aparılır,onları növbəti dərs ilinə hazırlayırlar.Bununla yanaşı maraqlı ekskursiyalar təşkil olunur, gəzintiyə çıxırlar.

Gün ərzində üç dəfə orqanik (təbii) qida (yemək) ilə təmin olunurlar.

“Pöhrə” Təlim və İnkişaf Mərkəzi sözün həqiqi mənasında yüksək xidmət göstərir.Övladını etibarlı əllərə və arzularına əmanət edir,onu gözəl gələcəyə aparan yola salırsan, hər səhər..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir