Balaca Mələyimin 9 yaşı var.Konfeti,şirniyyatı çox sevəndir.Elə bu səbəbdən də dişləri xarab olur,tez-tez ağrıyır.Dişi ağrıyanda da həkim yanına getmək istəmir,diş çıxartdırmaqdan çox qorxur.Dəfələrlə olub ki,həkimin qapısından geri qayıdıb.Bu dəfə də dişi ağrıyıb,dibi iltihablanıb üzü şişmişdi Mələyin..


Baş stomatoloq Xəqani Məmmədov bir çox ailələrin olduğu kimi bizim də ailəlikcə diş həkimimizdir.Xəqani həkimin yanına müayinə üçün getdik.Həkim şişin çəkilməsi üçün dərman,ağız boşluğunu qarqara etməkçün bitki çayını təyinat olaraq yazdı və bunlar bitdikdə təkrar müayinə üçün gəlməyi tapşırdı.Şiş çəkildikdən sonra təkrar müayinə zamanı həkim bildirdi ki,-bu diş çıxmalıdır,həm də süd dişidir,yerinə yenisi çıxacaq.Bura qədər hər şey yaxşı idi.Artıq Mələk bilirdi ki,həkimin yanına növbəti gəlişi nə ilə əlaqədardır.Gəlmək istəmirdi.Birtəhər dilə tutub gətirdik Balakən RMX-nın Stomatoloqiya şöbəsində Xəqani həkimin qəbuluna.Növbəsi çatdıqda stomatoloji kresloya oturdu və həkimə ilk cümləsi bu oldu:-Ağrıtsa səni direktora şikayət edəcəm.
Mən də zarafata soruşdum:-Şəfiqə müəlliməyə?(Mələk Nizami adına şəhər 1 saylıtam orta məktəbdə oxuyur)
Cavabı: -Şəfiqə müəlliməyə niyə,buranın direktoruna,Dilbər doktora.
Bu arada Xəqani həkim damağa vurulacaq iynəni hazırlayırdı.Peşəkar,uşaqların dilindən yaxşı anlayan və işinin əhli olan həkim Mələk görə-görə iynənin ucluğunu dəyişərək insulin iynəsinin başlığını taxdı,o iynənin başlığı 1 sm uzunluğunda və çox nazik olduğu üçün sanki ucluq yoxmuş kimi görünürdü.Ehmalca iynəni vurduqdan sonra həkim Mələkdən iynənin ağrıdıb ağrıtmadığını soruşduqda Mələk ağrıtmadığı bildirdi və həkimdən nə zaman dondurma yeyə biləcəyini soruşdu.Dondurmanı çox sevdiyini bilən həkim Mələyə 3 gün sonra dondurma yeyə biləcəyini,dişini çıxardıqdan 3 gün sonra ilk dondurmasını da özünün ona alacağını bildirdi.Mələk artıq bu söhbəti xoşlamış,nəinki dişini çıxartdırmaqdan qorxur,o dişin bir an əvvəl çıxmasında maraqlı idi.İynənin təsiri ən yüksək səviyyəyə çatıncaya qədər xeyli söhbət etdilər,artıq əməllicə dostlaşmışdılar.Vaxt gəlib çatdı dişi çıxarmağa.Həkim əlinə diş kəlbətinini götürdükdə Mələk bir kəlbətinə bir də həkimə baxdı və dedi:-Əgər dişim rahat çıxsa səni direktora tərifləyəcəm.
Təcrübəli həkim süd dişini ilk tərpətdiyində, dişin üstü olmasa da kökünün sağlam olduğunu anlamışdı.Fasilələrlə,ehtiyatla doğru istiqamətlərə əyərək sonda bircə dəfə çıkməklə dişi götürdü..
Üç gün sonra dişin yerinə baxmaq üçün gəlməsini deyərək və çıxan dişini də salfetə büküb Mələyə verərək yola saldı.
Kolidora çıxan Mələk düz direktorun olduğu yerə,inzibati şöbəyə üz tutmuşdu.Mələk buraların yabancısı deyil,çoxu zaman mənimlə gəldiyi üçün,Dilbər xanımın qəbulunda olduğumuzdan onun qapısının üstündəki lövhədən vəzifəsini də bilir,qapısının hardan açıldığını da.Onu da deyim ki,Mələyin Dilbər xanımla tanışlığı elə ilk dünyaya gəldiyi andandır.Mələk yeni xəstəxanada,2016-cı ildə dünyaya gəlib.O illəri Mələk xatırlamasa da,Dilbər xanım xatırlayır və Mələyi o zaman ilk gördüyündə bir neçə günlük idi, ona “Düyməcik” deyirdi.Yəni bu gün də davam edən çox şirin münasibətləri var.
Direktorla otağında görüşən Mələk:-Sizin çox yaxşı Xəqani adında diş doktorunuz var,mənim dişimi ağrıtmadan,incitmədən çıxartdı-deyə söhbətə başladı.Kənardan izləyirdim,o qədər şirin söhbət edirdilər ki..Dilbər xanımın üzündə maraq qarışıq bir təbəssüm vardı.30-40 yaşlı davranışın,40-50 yaşlı anlayışın 9 yaşlı balaca Mələk tərəfindən sərgilənməsi,onun bir anda mənən böyüməsi,böyüklüyün kiçiklər üzərinə,tam da ölçüsündə biçilmiş forması çox şirin,maraqlı görünürdü.
Əbəs yerə baş stomatoloq olmayan,təcrübəli,stomatologiya sahəsində öz sözünü deyən və özünə məxsus dəsti- xətti,yanaşması olan Xəqani Məmmədov nəinki peşəkar davranışı ilə Mələyin ağrıyan dişini ağrısız çıxartdı,o həm də insani,sevgi dolu yanaşması ilə Mələyin fikrindən,ürəyindən diş çıxartdırmaq qorxusunu da çıxartdı..Peşəsinə qəlbən bağlı olanlar,sənətini özlərində, özlərini də sənətində yaşadanlardır, Xəqani kimi həkimlər.
Mələyin təşəkkürü bunula bitməmişdi,hər gün mənə xatırladırdı:-Atam,unutmayasan ha,öz qəzetində mənim Xəqaniyə olan minnətdarlığımı,təşəkkürümü yazarsan..
-Xəqani həkim,balaca Mələk “Yeni Balakən” qəzeti vasitəsilə Sizə təşəkkür edir,dondurma üçün isə ayrıca minnətdarlığını bildirir.Mən həkimimə güvənirəm,o var olduqca diş ağrısından qorxmadığını bildirir.Xəqani həkim,yaxşı ki,varsan!-deyir.
P.S.Həkim sözünün sahibi idi,3 gün sonra Mələk dişin yerinin müayinəsi üçün getdiyində,həkimin köməkçisi soyuducudan Mələyə alınmış dondurmanı ona verdi.
Ramazan Abal