Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərinə səfər ediblər.

Səfər tarixi də gözəl rəqəm düzülüşünə təsadüf edir:17.07.2025.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Daha sonra Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar.

İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verilib. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Prezidenti İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində, Bülbülün ev-muzeyində, Yuxarı Gövhər Ağa məscidində, Mehmandarovların malikanə kompleksində, Cıdır düzündə olub, Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıb, Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

P.S.Türkmənistan rəhbərinin gəlməsi,Türkmənistanla əlaqələrin inkişafı,daimi,səmimi olması arzuolunandır,xoşdur.Bilindiyi kimi Türkmənistan Çinin qaz ehtiyacının 40%-ni təmin edən ölkədir.Böyük qaz,neft yataqlarına,təbii sərvətlərə malik Türkmənistanın hər kəsə qaynayıb qarışan,özəlliklə də qardaşları ilə can-ciyər olması kürəsəlçiər tərəfindən bir o qədər də arzu olunan deyil.Amma bütün nəslərə,neqativlərə baxmayaraq Türkmənistan Türk soyu,Türk boyu,elə Türkün özü,can qardaşımızdır.Getməliyik,gəlməliyik,qaynayıb qarışmalıyıq..

Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir