Author: Ramazan Abal

Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir.

3


Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Bu il, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünüdür. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Bununla və Heydər Əliyevin 102 illiyi münasibətilə Balakəndə,YAP Balakən təşkilatının inzibati binasında böyük tədbir keçirildi.İştirakçılar ilk öncə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar təşkil olunmuş sərgiyə baxdılar. Dövlət himni ilə başlayan tədbirdə ulu öndər Heydət Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Rayon icyimaiyyətini əhatə edən tədbiri rayonun siyasi rəhbəri Azad Balayev açaraq iştirakçıları salamladı,tədbir barədə məlumat verərək,sözü Balakən RİH Başçısı İslam Rzayevə verdi.İ.Rzayevin geniş dolğun çıxışı YAP-ın yaranmasından,ulu öndərin hakimiyyətə gəlməsindən,fəaliyyətindən,konistitusiyanın qəbulundan bu yana onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin rəhbərliyində Azərbaycanın ərazi bütövlüyün,suverenliyin tam bərpası və bu gün uğurla davam edən dövlət idarəçiliyinə qədər mövzularla zəngin idi.Çıxş edən natiqlərdən Leyla Əliyeva,Rəşid Musayev,Azər Kərimov ulu öndərin əvəzsiz xidmətlərindən,cənab Prezident İlham Əliyevin bu günkü gözəl işlərindən,Azərbaycanın dünya dövlətləri içərisindəki nüfuzundan,gücündən,yüksəldiyi məqamlardan bəhs etdilər.
Tədbirdə YAP Balakən veteranları,şəhid ailələrinin nümayəndələrindən bir neçə nəfəri “Konstitusiya və Suverenlik İli”,Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə qiymətli hədiyyələrlə mükafatlandırıldı.Ənənəvi olaraq YAP Balakən təşkilatının hər tədbirində olduğu kimi bu tədbirdə də YAP sıralarına yeni daxil olanlara partiya bileti təqdim edildi.
Tədbirin ikinci hissəsi YAP veteranları,şəhid ailəsi nümayəndələri və digər mükafatçılarla çay stolu arxasında davam etdi..
Yeni Balakən

Qarşıdan 9 May Faşizm üzərində Qələbənin 80 illiyi gəlir.

3

Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Balakəndə 1941-45 Böyük Vətən Müharibəsinin,zonada yeganə sağ qalan,101 yaşlı veteran olan İosif Pavloviç Perekrestovu ziyarət etdi.Görüşdə Balakən RİH-in başçısı İslam Rzayev,SHXÇDX Balakən şöbəsinin rəisi polkovnik Ramil İsmayılov və əməkdaşları,Veteranlar təşkilatının Balakən şöbəsinin sədri Abid Mamedov iştirak etdilər.101 yaşlı veterana Faşizm üzərində Qələbənin 80 illiyinə təsis edilmiş medal,pul mükafatı və digər hədiyyələr təqdim edildi.Eşitməsində problemi olsa da cavablamasında sərrast və dəqiq idi veteranımız..

Qarşıdan 9 May Faşizm üzərində Qələbənin 80 illiyi gəlir.Umarız ki,Qəbələ-Balakən zonasının yeganə təmsilçisi,o arıqlamış,kiçilmiş bədəniylə bu günlərə canlı gətirdiyi tarixin daşıyıcısı,özü də o tarixin əmanəti,yadigarı olan II Dünya Müharibəsinin Balakənli veteranı İosif Pavloviç Perekrestovla yetərincə maraqlanar,gərəkən diqqət və qayğı göstərilər.

Ramazan Abal.

Qələbəni Reystaqda qarşılayan həmvətinimiz.

0
Tərəqqipərvər bəşəriyyət Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini qeyd edir. Bu tarixi qələbənin qazanılmasına 416-cı Taqanrok Diviziyası sıralarında mərdliklə vuruşan Azərbaycan oğullarının da öz payı vardır. Belə oğullardan biri də qələbəni, Berlinin Brandenburq Darvazasında-Reyxstaqın girişində qarşılayan həmyerlimiz Umaxan Xəlilovdur.
Xəlilov Umaxan Abaas oglu 14 aprel 1924-cü ildə Qabaqcöl kəndində anadan olub.Qabaqçöl orta məktəbində oxuyub.O dövrdə məktəb Azərbaycan-avar məktəbi adlanırdı.O təhsilini dəvam etdirməklə yanaşı atasının sədr olduğu “Yeni Həyat” kolxozunda da çalışırdı. Uşaqlıqdan xirurq olma arzusu ilə yaşayırdı.
1942-ci ildə,doğum günündə,hələ məktəbi bitirməyə 2 ay qalmış orduya cağrılır. Hərbi xidmətini Orcenekidze şəhərində,90-cı atıcı divizyasında başlayır.1943-cü ilin fevralında 416-cı Taqanrok divizyasına köcürülür və tibbi təlimatcı kimi çalışır.Cəbhədə yaralıları xilas etmək ücün göstərdiiyi misilsiz şücaətinə görə komandanlıq ona xüsusi rəğbət bəsləyirdi. Umaxan Sovet Ittifaqı Marşalı Zukovla üç dəfə görüşmüşdü. Marşal ilk dəfə gələndə yaralıları yoluxur, Umaxandan adını, milliyətini soruşur. Sonra “avarets-avarets” deyə təkrar edərək əlavə edir:”Qocaq, mərd insanlardır.Şamil nəsli, güdrətli nəsildir. Şeyx Şamil özü tarixin ən böyük və istedadlı sərkərdəsi idi”. Marşal Zukov ayağının yarasını Umaxana baglatdırar, ona “Malenkiy doktor” deyərdi.
Mozdokdan, Melitopdan Berlinə qədər uzun döyüş yolu keçən Umaxan Xəlilov Ukraynanın, Avstriyanın, Polşanın azad edilməsində iştirak edir. Qələbəni mayın 2-də Berlinin Brandenburg Darvazasında, Reyxstaqın girişində qarşılayır. 1945-47 ci illərdə Berlinin bərpasında iştirak edir.Döyüşlərdə dəfələrlə yaralanmış, bədənində qəlpələr qalmışdı.İkinci dərəcəli müharibə əlili idi.
U.Xəlilov böyük Vətən müharibəsində qöstərdiyi iqidliyə qörə 1-ci dərəcəli “Vətən müharibəsi, ”Qızıl Ulduz “ ordenləri və çoxsay medallarla təltif olunmuşdur.O, 9 may qələbənin ildönümü qeyd etmək üçün dəfələrlə Berlinə dəvət alırdı.Haqqında ”Oqonyok”, Leninskiy luç” jurnallarında, ”Bakı” “Kommunist” “Şən həyat” qəzetlərində geniş yazılar dərc olunmuşdur.
Qeyd edək ki, U.Xəlilov hərbi xidmətdən qayıdandan sonra yarımçıq qalan 10-cu sinifi bitirərək ADTU-nin cərrahiyə fakültəsinə daxil olur.İnstitutda ona “starik” deyirdilər.İnstitutu bitirdikdən sonraq Bakıda işə başlayır.Tələbə ikən dahi Üzeyir bəy Hacıbəyovla görüşürdü,qohumluq əlaqəsi vardı.
Umaxan həkim 1954-cü ildən doğma Qabaxçöl xəstəxanasında cərrah kimi çalışır.1959-67-ci illərdə həmin xəstəxananın baş həkimi,sonra cərrahiyə şöbəsinin müdiri işləyir.O,bacarıqlı cərrah olmaqla bərabər,müharibə veteranı və bir ziyalı kimi yaşadığı bölgənin ictimai-siyasi həyatında fəal iştirak edirdi.Xəstəxananın yeni binasının tikintisində təşəbbüs qaldırmış,tikintiyə şəxsən rəhbərlik etmişdi.
Umaxan həkim dörd övlad atası və gözəl ailə başçısı idi.Övladlarının hamısı:Tamara,Şələbiyə,Nərgiz və Nüşabə həkimdir.
Mənalı ömrünü Vətənin və Xalqın xidmətinə həsr etmiş Umaxan Abbas oğlu Xəlilov 1993-cü il dekabrın 2-də vəfat etmişdir.Ruhu şad olsun.
Xutra Ramazan

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Balakən rayonu İtitala kəndində yerləşən məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüş keçirdi.

0

Dövlət Komitəsinin sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, abidələrə qayğı və diqqəti barədə danışaraq, dini-etnik zəmində qlobal təhdidlərin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm məkanı kimi nümunəvi model təqdim etdiyini vurğulayıb. Ramin Məmmədov qeyd edib ki, ibadət evləri insanların ibadət və dua etmələrinə xidmət etməklə yanaşı, cəmiyyətin öz dini biliklərini dərinləşdirməsinə şərait yaradır. Bu baxımdan, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Din xadimləri dövlətimizin milli-mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxmasının önəmli olduğunu vurğulayaraq, ölkəmizdə dini ibadət yerlərinin təmir və bərpasının diqqətdə saxlanılmasını, icmaların fəaliyyətinə dəstəyin göstərilməsini yüksək qiymətləndirdiklərini bildirdilər.

Tədbirdə Balakən RİH Başçısı İslam Rzayev,kənd sakinləri və digər qonaqlar iştirak etdi.

Dünya

1

Macarıstan Avropa İttifaqının Ermənistana hərbi yardımını bloklayıb

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro (11 milyon dollar) dəyərində əlavə hərbi yardım ayırmasına blok qoyub.

Bu yardım Avropa Sülh Təşəbbüsü (EPF) çərçivəsində ayrılmalıydı.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilin əvvəlində bu yardımın ayrılmasını təklif edib. Təsdiqlənməsi üçün ona Aİ-nin 27 üzv ölkəsinin yekdil dəstəyi lazımdır.

Macarıstandan savayı, qalan üzvlər Kallasın təklifini dəstəkləyib. Bunu Brüsseldəki diplomatik mənbə deyib. O əlavə edib ki, Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt qərara veto qoyub.

“Bugünkü danışıqlardan sonra irəliləyiş əldə olunmayıb”, – mənbə aprelin 15-də Azadlıq Radiosunun erməni xidmətinə söyləyib.

Ermənistan Aİ-dən ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir.

Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. Bakı ilə sıx əlaqələri olan Budapeştin vetonu Aİ-nin Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirmək vədi qarşılığında qaldırdığı deyilir.

Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyib. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib.

Parlament

1

Mərkəzi Asiya respublikalarının Şimali Kipr mövzusundakı qərarlarına parlamentarimizin fikri.

“Bəzi Mərkəzi Asiya respublikalarının, konkret olaraq Qazaxıstanın, Özbəkistanın, ardınca da Türkmənistanın Cənubi Kiprdə səfirliklərinin açılması barədə qərarı acı təəssüf hissi doğurur. Ola bilsin səhv edirəm, ancaq mənə elə gəlir ki, burada Türkiyə xarici siyasətində, diplomatiyasında, müəyyən boşluqlar olub. Şimali Kipr mövzusu, Xəzərin o tayındakı türk qardaşlarımızla kifayət qədər işlənməyib”.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, sözügedən qərar, Səmərqənddə keçirilən sammitdə qəbul olunub:
“Əldə olunmuş razılaşmalara əsasən, Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə, xammal, nəqliyyat, yaşıl enerji, rəqəmsal bağlantı sahələrinə 12 milyard avro investisiya yatırmağı planlaşdırır. Yəqin ki, bu məsələ, Cənubi Kiprin tanınmasında həlledici rol oynamışdır”.Deputat qeyd edb ki, hər bir ölkənin xarici sərmayəyə ehtiyacı var:
“Ancaq, istənilən sərmayə, istənilən ikitərəfli iqtisadi əməkdaşlıq, ümumi strateji hədəflərdən yayındırmamalıdır. Düşünmürəm ki, Mərkəzi Aziya respublikalarına Cənubi Kiprin tanınması üçün hansısa təzyiqlər olub. Hətta şirnikləndirici təkliflər olsaydı belə, məsələnin iki tərəfli həlli, yəni Şimali Kiprin tanınması ilə bağlı şərt qoyulmalı idi. Təəssüf ki, belə olmadı”.
Bu məsələnin Türk Dövlətləri Təşkilatının gələcək perspektivinə, Təşkilat daxili münasibətlərə təsirinə gəldikdə isə, millət vəkili hesab edir ki, təbii müəyyən çatlar yaratmışdır:
“Əsas hədəf Türk birliyinin qarşısını almaqdır. Son illər, ələlxüsus 44 günlük müharibədən sonra geniş vüsət almış Türk birliyi ideyası, bir çox gücləri narahat edirdi. Gələcəkdə də, Turan ideyasına qarşı təxribatların olacağı şübhəsizdir. Ancaq, əlimizi əlimizin üstünə qoyub oturmamalıyıq. Bütün səviyyələrdə inteqrasiya prosesləri sürətləndirilməli, malik olduğumuz resurslardan səmərəli istifadə etməklə, TDT-n beynəlxalq subyektivliyinin artmasına çalışmalıyıq”.

Ramazan Abal

İdman

0

Hörmətli Balakənlilər.

04.05.2025-tarixdə Balakən Olimpiya İdman Kompleksində SSRİ idman ustası olmuş,mərhum Əhməd Xalavasovun xatirəsinə “Təknə” idman klubunun təşkilatçılığında sərbəst güləş növü üzrə açıq Respublika turniri keçiriləcək.Respublikanın hər yerindən 350 nəfərə yaxın idmançılar beynəlxalq dərəcəli hakimlərin idarəçiliyində yarışacaq,birincilik uğrunda mübarizə aparacaqlar.Əhməd müəllimin ailə üzvlərinin dəstəyini də nəzərə aldıqda qalibləri böyük mükafatlar gözləyir.

Məqsəd, bu gün bir çox yetirmələri ölkə və dünya səviyyəsində tanınan,yer tutmuş idman ustası Əhməd Xalavasovun xatirəsini əbədiləşdirmək,rayonda idmanın,o cümlədən sərbəst güləş növünü inkişat etdirmək,idmana maraq yaratmaqdır.

Bu gözəl idman tədbirinə hamılıqla dəstək olmaq lazımdır.Dəstəyiniz, tədbirdə tamaşaçı qismində iştirak etməniyinizdir.Ödənişsizdir.Reklam qəbul olunur,iş adamları biznesini reklam edə bilərlər banner reklamı vasitəsilə.

Hər kəs tədbirə dəvətlidir.Buyurun gəlin,güləşçilərimizə,idmana dəstək olun,yarıışdan zövq alın.

Səhiyyə

2

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanası

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanasında həyat vardı.Sözün əsl mənasında bir sıra sahələrdə çox yüksək tibbi xidmət göstərilir,o cümlədən cərrahiyə şöbəsinə,doktor cərrah Herayevin qəbuluna,əməliyyat olunmaq üçün nəinki Balakəndən,qonşu rayonlardan,hətta Gürcüstan Respublikasından da xəstələr gəlirdi.Bir gündə 14-15 cərrahi əməliyyat həyata keçirilirdi..Sonralar baxımsızlıqdan,təmir üçün yetərli vəsait ayrılmadığından xəstəxana,özəlliklə o məhşur cərrahiyə şöbəsi və digər yerlər uçub tökülməyə,dağılmağa başladı.Bu haqda rəsmi səviyyədə çox müraciətlər olunub Səhiyyə Nazirliyinə,hətta millət vəkili Nəsib müəllim Qabaxçöl qəsəbə xəstəxanasının bərbad vəziyyətini əks etdirən foto albom hazırladaraq nüsxələrini Səhiyyə, Maliyyə, İqtisadi İnkşaf Nazirliklərinə,Baş Nazirə təqdim edərək müraciət etmişdi.O müraciətdən sonra işə başlanılmış,ilkin olaraq yeni xəstəxananın layihəsi üçün vəsait ayrılmış,mütəxəssislər yerlə tanış olmaq üçün Balakəndə,Qabaxçöl qəsəbəsində olmuşlar.Sonra II Qarabağ Müharibəsi başladı,bu işlər dayandı.O dayanan hələ dayanıb amma ümid var..

Balakən RMX-nın Publik Hüquqi Şəxsi,direktor Dilbər xanım Quliyeva aidiyyatı təşkilatlara İTS,TƏBİB,Səhiyyə Nazirliyinə müraciət edərək mövcud vəziyyəti,tələbatı,çətinliyi və real imkanları onlarla məsləhətləşərək,razılaşdıraraq Qabaxçöl xəstəxanasına bir həyat nişanəsi,ilk olaraq iki sahə üzrə xidmət gətirdi.Beləliklə rayonun Qabaqcöl qəsəbə xəstəxanasında ASM-də qan alma və ginekoloji müayinə xidmətlərinə start verilib.Bu münasibətlə Qabaxçöl qəsəbəsə xəstəxanasında tədbir keçirildi.Tədbirdə Balakən rayon mərkəzi xəstəxanasının direktoru Dilbər Quliyeva, xəstəxananın İSX şöbə müdiri Cənnət Mustafayeva, xəstə xidmətləri şöbə müdiri Zülfira Ömərova, ASM mama-ginekoloqu Lalə Tinayeva, həkim laborant Aksana Ramazanova və tibb bacıları iştirak edib.Hələlik mövcud imkanlarla həftənin 2-ci və 4-cü günlərində analiz nümunələri alınacaq və ayda bir dəfə mərkəzi xəstəxananın ginekoloqu Lalə Tinayeva tərəfindən ginekoloji müayinə keçiriləcək.Qəsəbənin uzaqlığını nəzərə alaraq, TƏBİB-in belə şərait yaratması yerli əhaliyə həkim xidmətlərinə daha asan çatma imkanı təmin edir.

Tədbir, əhali arasında sağlamlıq problemlərinin erkən diaqnozunu qoymaq və müalicə proseslərini daha effektiv şəkildə həyata keçirmək məqsədini güdür. Bu addım, yerli sakinlərin sağlamlıq vəziyyətlərini izləmələri və vaxtında müalicə alma imkanlarını artıracaq.Bununla yanaşı vətəndaş bəzi xərclərinə qənaət edəcək,eyni zamanda Balakən RMX-da sıxlığı azaldacaq.Ağılla görülən işlər hər zaman gözəldir..

Yeni Balakən

Media

0

Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Aprelin 11-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.Balakən RİH-in başçısı İslam Rzayevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər, bələdiyyə sədrləri və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri Prezident İlham Əliyevin respublikamızın tərəqqisi və xalqımızın əminəmanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, dinamik sosial-iqtisadi inkişafından söz açıb. İcra başçısı qarşıda duran vəzifələrdən danışıb, iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
Şura iclasında RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin bələdiyyələrlə birgə fəaliyyəti, kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində qarşıda duran vəzifələr, rayonda təhsil və təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş işlər müzakirə olunub.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərif rayonda kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi, həmçinin barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
İcra başçısı İslam Rzayev Balakən rayonunda ilbəil təhsilin keyfiyyətinin yüksəldiyini, hər il yeni uğurlarlar və nailiyyətlərin əldə edildiyini bildirib. Qeyd olunub ki, rayon ümumtəhsil məktəblərinin şagirdləri respublika fənn olimpiadalarında, “Sabahın alimləri” respublika müsabiqəsində, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr qazanıblar. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki rayon təhsil sektorlarının buraxılış imtahanı nəticələrinə əsasən formalaşmış reytinq siyahısında Balakən rayonu IX və XI siniflər üzrə müvafiq olaraq üçüncü və ikinci yerdə qərarlaşıb. 2023/2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 25 nəfər 500-dən, 12 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Tədris ilinin yekunlarına görə 1 nəfər məzun qızıl nişana layiq görülüb. Eyni zamanda tam orta təhsil səviyyəsi üzrə 36 nəfər, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər fərqlənmə attestatı alıb.
Rayon rəhbəri vurğulayıb ki, bu uğurların əldə edilməsində rayonun təhsil sektoru tərəfindən həyata keçirilən tədbirlərin və məqsədyönlü fəaliyyətin mühüm əhəmiyyəti vardır.
Son bir ildə rayonda təhsil sahəsində uğurların əldə edildiyi, təlimin keyfiyyətinin yüksəldilməsi üçün əməli tədbirlərin görüldüyü, qanunvericiliyin tələbləri əsas tutularaq iş fəaliyyətinin həyata keçirildiyi nəzərə alınaraq rayon üzrə təhsil sektorunun müdiri Mirzəyeva Mehparə Ramazan qızı Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Həmçinin məsələlərə dair ətraflı müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə tövsiyə və tapşırıqlar verilib.

Mədəniyyət

1

Mədəniyyət xəbərləri

15 aprel- Beynəlxalq Mədəniyyət Günüdür.

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

Bu gün Balakəndə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu.Bu münasibətlə Balakən Mədəniyyət Mərkəzində tədbir keçirildi.Çıxışlar,təbriklər,konsert,rəqs,şeir,kiçik səhnəciklər..Bir sözlə mədəniyyət işçilərinin özfəaliyyətində çox maraqlı ifalarla yadda qalan bir gün oldu-15 aprel tarixi..