Balakən rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirilib
30 dekabr 2025-ci il tarixində Balakən Rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə “Hər bir azərbaycanlı üçün həmrəylik günü” adlı bayram şənliyi təşkil olunub.
Tədbir müxtəlif millətlərin nümayəndələrinin milli geyimlərdə ifa etdikləri multikultural yallı ilə başlanıb. Azərbaycan bayrağı altında oynanılan bu yallı Dünya Azərbaycanlılarının birliyini və həmrəyliyini rəmzi şəkildə ifadə edib.
Bayram şənliyində Şaxta Baba, Qar Qız və nağıl personajlarının çıxışları uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Onların səmimi təbrikləri, şən zarafatları və uşaqlarla səmimi ünsiyyətləri tədbirə xüsusi rəng qatıb, balacalara xoş ovqat bəxş edib. Şaxta Babanın təşkil etdiyi maraqlı şeir, mahnı və rəqs müsabiqələrinin qaliblərinə hədiyyələr təqdim olunub.
Mədəniyyət müəssisələri işçiləri və folklor kollektivlərinin təqdim etdiyi rəngarəng rəqs və musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.









