Category: Siyasət

Prezidentlə çiyin-çiyinə

Prezidentlə çiyin-çiyinə
0

Prezidentlə çiyin-çiyinə

Bəşəri dəyərlərin, humanist idealların və nəcib amalların daşıyıcıları öz şərəfli ömür yolları ilə mənsub olduqları xalqa daim başucalığı gətirir, cəmiyyətin sonsuz rəğbətini qazanırlar. Zəngin fəaliyyəti, bənzərsiz siyasi-ictimai missiyası və yüksək insani keyfiyyətləri ilə nəinki ölkəmizdə, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məhz bu cür şəxsiyyətlərdəndir. Azərbaycan qadınının ən ali xüsusiyyətlərini öz simasında birləşdirən, humanizm missiyasını ləyaqətlə icra edən Mehriban xanımın dövlətin ictimai-siyasi və mədəni intibahındakı xidmətləri əvəzsizdir. Onun çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bütün sferalarını dərindən əhatə edir. Mehriban xanımın fəaliyyətinin strateji ana xəttini dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasi kursun tam dəstəklənməsi, milli hədəflərin reallaşdırılması və Azərbaycanın hər bir sahədə qazandığı nailiyyətlərin möhkəmləndirilməsi təşkil edir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin ən məsuliyyətli və strateji mərhələlərindən birini 2017-ci il fevralın 21-dən etibarən icra etməyə başladığı Birinci vitse-prezidentlik missiyası təşkil edir. Bu ali dövlət vəzifəsi ölkənin idarəetmə sistemində yeni bir inkişaf dinamikasının əsasını qoydu. Azərbaycanın dövlət idarəçiliyində müasir və peşəkar bir idarəetmə modelinin formalaşmasını şərtləndirdi. Məhz bu yüksək təyinatdan sonra həyata keçirilən layihələr cəmiyyətin həyatında həlledici rol oynamağa başladı. 

Birinci vitse-prezidentin ictimai-siyasi fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi strateji xəttin ən güclü dəstəkçisidir. Müzəffər Ali Baş Komandanla çiyin-çiyinə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, Şuşanın tarixi simasının dirçəldilməsi Mehriban xanımın milli quruculuq prosesindəki müstəsna xidmətidir. Mehriban xanım dövlət başçısının ən yaxın məsləkdaşı olaraq, Azərbaycanın müasirləşməsi, xalqımızın və milli birliyinin daha da möhkəmlənməsi yolunda tükənməz enerji ilə çalışmaqdadır. Mehriban xanımın fəaliyyəti xalqımızın rifahına və ölkəmizin tərəqqisinə xidmət edir. Onun fəaliyyət fəlsəfəsinin mərkəzində mərhəmət və insan amili dayanır, nəcib təşəbbüsləri cəmiyyətin ən müxtəlif zümrələrində dərin ehtiramla qarşılanır. Şəhid ailələrinə və qazilərə göstərilən xüsusi diqqət, yaralı hərbçilərimizin yüksəktexnologiyalı reabilitasiya vasitələri ilə təmini Birinci vitse-prezidentin vətənpərvərlik ruhunun bariz təzahürüdür. Heydər Əliyev Fondunun xətti ilə aztəminatlı ailələrin və həssas qrupların problemlərinin həlli bu insanların sosial müdafiəsinin etibarlı təminatına çevrilib. 44 günlük müharibədən sonra şəhid ailələrinin sosial-məişət qayğıları, uşaqlarının təhsili və reabilitasiya prosesləri birbaşa Heydər Əliyev Fondunun və dövlət proqramlarının koordinasiyası ilə idarə olunurMehriban xanımın Birinci vitse-prezident kimi ilk rəsmi müşavirəsini məhz keçmiş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi bu sahəyə verdiyi önəmin bariz göstəricisi idi. Mehriban xanım üçün həssas təbəqələrə diqqət və qayğı, sadəcə, dövlət vəzifəsi deyil, mənəvi bir missiya, səmimiyyət və sevgidən irəli gələn davranışdır. 

30 illik işğala son qoyan tarixi zəfərimizdən sonra Mehriban xanım Əliyevanın fəaliyyətində yeni, əzəmətli bir dövr başlandı. Müzəffər Ali Baş Komandanla çiyin-çiyinə azad edilmiş ərazilərə edilən səfərlər, dağıdılmış şəhərlərin sürətli bərpası və Şuşanın mədəniyyət paytaxtı statusunun dirçəldilməsi onun fədakar əməyinin nəticəsidir. Bu gün Qarabağda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri təkcə fiziki bərpa deyil, həm də milli ruhun o torpaqlara qayıdışıdır. Qarabağın tarixi və dini abidələrinin, Şuşanın mədəni irsinin bərpası, Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən quruculuğun həm də mənəvi təcəssümüdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyədə “ölüm hökmü” kimi görünən bir çox diaqnoz artıq Azərbaycan üçün keçmişdə qalıb. Regionda analoqu olmayan Talassemiya Mərkəzi yüzlərlə uşağın həyata tutunmasına vəsilə olub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və müalicəsi üçün yaradılan mərkəzlər birbaşa Birinci vitse-prezidentin himayəsindədir. COVID-19 ilə mübarizədə modul tipli xəstəxanaların qısa müddətdə qurulması və vaksinasiya prosesinin təşkilində də  Mehriban xanımın idarəçilik qabiliyyəti həlledici rol oynadı.Mehriban Əliyeva həm də Azərbaycanın zəngin mədəni irsini bəşəriyyətin ehtiram göstərdiyi dəyər səviyyəsinə yüksəldən mədəniyyət elçisidir. Parisdən Moskvaya, Vatikandan Berlinə qədər uzanan mədəniyyət günləri Azərbaycanın “yumşaq güc” strategiyasının möhtəşəm uğurudur. Milli musiqi irsimizin qorunması, beynəlxalq festivallar və Muğam Mərkəzinin fəaliyyəti tariximizin gələcək nəsillərə ötürülməsində misilsiz rol oynayır. “Mədəniyyət xalqları birləşdirən, ən çətin anlarda körpü salan yeganə qüvvədir” fəlsəfəsi Mehriban xanımın bütün beynəlxalq fəaliyyətinin qayəsini təşkil edir. Azərbaycanın Birinci vitse-prezidentinin ictimai-siyasi və sosial-mədəni fəaliyyət arealı o qədər zəngin və miqyaslıdır ki, bu missiyanı bir neçə istiqamətlə məhdudlaşdırmaq qeyri-mümkündür. Beynəlxalq birlik və Azərbaycan cəmiyyəti Mehriban Əliyevanı həm də ali humanizm dəyərlərinin daşıyıcısı və xeyirxahlıq mücəssiməsi kimi qəbul edir. Çünki xalqa layiqli xidmət prinsipi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsidir. Onun diqqət mərkəzində hər zaman cəmiyyətin ən ehtiyaclı təbəqələri, valideyn himayəsindən məhrum körpələr və ahıllar dayanır. Ölkənin hər bir guşəsində ucalan müasir təhsil və səhiyyə ocaqları, tarixi-dini abidələrin restavrasiyası onun milli genofondun qorunmasına yönəlmiş strateji vətəndaşlıq missiyasının əyani sübutudur.

Ötən illərin reallığı göstərir ki, Mehriban xanımın hər bir addımı Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun uğuruna və müstəqil Azərbaycanın parlaq gələcəyinə xidmət edir. O, Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşadan və Azərbaycanın zəfər dolu salnaməsinə öz imzasını atan nəciblik simvoludur. Mehriban xanım Əliyeva həm bir dövlət xadimi, həm də bir xeyriyyəçi kimi müasir Azərbaycan qadınının ən parlaq örnəyidir. Onun fəaliyyəti vətənə sevgi və insana hörmətin mükəmməl vəhdətidir. Birinci vitse-prezidentin nümayiş etdirdiyi yüksək peşəkarlıq və qətiyyət ölkəmizin dinamik yüksəlişinə fundamental töhfələr verməklə yanaşı, bu təyinatın nə qədər uğurlu olmasını və Mehriban xanım Əliyevanın mükəmməl idarəçilik fəaliyyətinin əzəmətini də sübuta yetirir. Mehriban xanım Əliyevanın fəaliyyətinin ən ali qiyməti isə insanların ona olan səmimi inamı və dərin rəğbətidir.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

N.Məhəməliyev
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı

Deputatdan sərt mövqe

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”
0

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”

Son dövrlər ölkənin milli təhlükəsizlik gündəmi ilə bağlı müzakirələr ictimai diqqətin mərkəzindədir. Xüsusilə dövlət quruluşunun toxunulmazlığı və xarici təsirlərə qarşı dayanıqlılıq məsələləri Azərbaycan cəmiyyətində həssas yanaşma tələb edən mövzular sırasındadır. Bu kontekstdə səsləndirilən iddialar və aparılan araşdırmalar həm hüquqi, həm də siyasi müstəvidə geniş debatlara səbəb olub.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev mətbuata açıqlamasında bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yayımlanan materiallarda AXCP nümayəndələrindən birinin paket halında pul vəsaiti alması, digərinin isə telefon danışığında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına mümkün üzvlüyü ilə bağlı fikirlər səsləndirməsi əks olunub.

Deputatın sözlərinə görə, həmçinin müxtəlif əlaqələr və digər maddi sübutlar dövlət idarəetmə sisteminə və konstitusion quruluşun əsaslarına yönəlmiş təhdid xarakteri daşıyır:

“Burada məsələ sırf milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir. Bu cür faktları hansısa siyasi proseslərin tərkib hissəsi kimi təqdim etmək doğru olmaz. Dünyada və regionda gedən mürəkkəb geosiyasi prosesləri, eləcə də şimal və cənub qonşularımızın mövcud vəziyyətini nəzərə aldıqda, Azərbaycanın sabitlik məkanı kimi seçildiyini görürük. Ölkəmiz ərazi bütövlüyünü təmin edib, vətəndaşlarımızın təhlükəsizliyi möhkəmlənib, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur və sülh gündəliyi istiqamətində ardıcıl addımlar atılır. Bütün bunların fonunda Azərbaycanı yenidən hansısa xarici asılılıq müstəvisinə çəkmək istəyən qüvvələrin mövcudluğu istisna edilmir. Dövlət Təhlükəsizliyi Xidməti də öz səlahiyyətləri çərçivəsində ölkədə sabitliyin və konstitusion əsasların qorunmasını təmin edib”.

                                            Yeni Balakən

Xocalım qətliamı unudulmur,unudulmayacaq

Xocalım qətliamı unudulmur,unudulmayacaq
0

İnsanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət

1988-ci ildən etibarən Ermənistanda Azərbaycana qarşı baş qaldıran ərazi iddiaları tədricən Dağlıq Qarabağda silahlı münaqişəyə çevrilirdi. Erməni silahlı birləşmələrinin Azərbaycan kəndlərinə müntəzəm olaraq basqın etməsi, əhalini qorxu və vahimə içində saxlaması, paralel olaraq Qərbi Azərbaycandan olan soydaşlarımızın deportasiya nəticəsində öz ev-eşiklərindən qovulması Ermənistanın XX əsrdə həyata keçirdiyi yeni etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
Azərbaycanlı əhalinin öz doğma torpaqlarından zorla qovulması, mülki əhaliyə qarşı sistemli zorakılıq təəssüflər olsun ki, sivil dünyanın, beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verirdi. Ermənistan dövlətinin bu zorakılığına, azərbaycanlıları öz ev-eşiklərindən didərgin salmasına qarşı ciddi tədbir görmək əvəzinə, beynəlxalq aləmdə ədalət axtaran siyasi təsisatların bu prosesləri səssiz izləməsi, eyni zamanda cəzasızlıq mühitinin mövcudluğu erməni silahlı birləşmələrini daha dəhşətli cinayətlər törətməyə sövq edirdi. 1992-ci il fevralın 26-da ermənilərin Xocalıda törətdikləri soyqırımı da məhz həmin cəzasızlıq mühitindən irəli gələn cinayət idi.
Həmin dövrdə Xocalını ələ keçirmək erməni silahlı birləşmələri üçün əsas hədəf idi və diqqət Xocalının işğalına yönəlmişdi. Çünki Xocalı şəhəri strateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyırdı. Şəhərdə bölgənin yeganə hava limanı mövcud idi və Xocalı əsas kommunikasiya yolları üzərində yerləşirdi. Xocalının işğal edilməsi sonrakı mərhələdə Azərbaycanın digər şəhər və rayonlarını da ələ keçirməyə aparan yolun başlanğıcı idi.
Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum etdi. Şəhər tam mühasirəyə alındı və mülki əhalinin Xocalıdan çıxması üçün humanitar dəhliz təmin edilmədi. Ölümdən qaçmağa çalışan dinc sakinlər meşələrdə, dağ yollarında və açıq ərazilərdə amansızcasına qətlə yetirildi. Qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürüldü, bir çox insan işgəncələrə məruz qaldı.
Erməni cinayətkarlarının Xocalıda törətdikləri vəhşiliklər nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olub. Xocalı qətliamı zamanı 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq qətlə yetirilib. 27 ailənin yalnız 1 üzvü sağ qalıb.
Soyqırımı nəticəsində 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 230 ailə başçısı erməni vəhşiliyinin qurbanı olub, 76 nəfər həddi-buluğa çatmayan olmaqla, ümumilikdə 487 insan Xocalı faciəsi zamanı şikəst olub. Erməni caniləri insanlıq əleyhinə cinayətlərini Xocalıda həyata keçirdikləri vəhşiliklərlə tamamlamayıblar. Onlar soyqırımından canını qurtarmağa, dağ yolları ilə qaçmağa çalışan vətəndaşlarımızı tutaraq əsir götürüb Ermənistana aparıblar. Ümumilikdə əsir götürülmüş 1275 nəfər erməni cinayətkarlarının əlində olduqları müddətdə ağlasığmaz vəhşiliklərlə, qəddarlıqlarla üzləşiblər. Onlardan 1165 nəfəri daha sonra girovluqdan azad edilsə də, 150 nəfərin taleyi barədə indiyədək heç bir məlumat yoxdur.
Xocalıda törədilənlərin açıq-aşkar soyqırımı olduğu erməni vəhşiliklərindən aydın görünürdü. Bu vəhşilik təkcə insanlara qarşı deyil, həm də təbiətə, mövcud infrastruktura, ümumilikdə Xocalıya münasibətdə özünü büruzə verirdi. Təsadüfi deyil ki, işğal nəticəsində Xocalı şəhəri tamamilə xarabalığa çevrilmişdi. 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Həmçinin şəhərdə XIV–XV əsrlərə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunmuş, Xocalı qəbiristanlığı vandalizmin qurbanına çevrilmişdi.
Bütün bu faktlar Xocalıda törədilənlərin təsadüfi hərbi əməliyyat deyil, dinc əhaliyə qarşı yönəlmiş məqsədli qırğın, soyqırımı olduğunu deməyə əsas verir.
Beynəlxalq hüquqa görə də, ermənilərin Xocalıda törətdikləri soyqırımı insanlıq əleyhinə cinayət və müharibə cinayətləri ilə eynilik təşkil edir. Qeyd edilənlər beynəlxalq hüquq normalarına tam uyğundur. 1948-ci il “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya nəzər salsaq görərik ki, həm həmin sənəd, həm də Cenevrə konvensiyaları müharibə və hərbi əməliyyatlar zamanı mülki əhalinin qorunmasını tələb edir. Lakin Xocalıda bu prinsiplər tamamilə, həm də kobud şəkildə pozulub. Bu da onu deməyə əsas verir ki, Xocalıda həyata keçirilən soyqırımı əvvəlcədən düşünülmüş və planlı şəkildə icra edilmiş vəhşilik olub. Təsadüfi deyil ki, keçmiş erməni döyüşçüləri, hətta sabiq Ermənistan prezidenti Serj Sərkisyan da verdikləri açıqlamalarda bunu etiraf ediblər.
Beləliklə, XX əsrdə – 1992-ci ilin 26 fevralında – bəşəriyyət misli görünməmiş soyqırımına şahidlik etdi. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin Holokost soyqırımından fərqi yox idi. Hər ikisi insanlıq əleyhinə, müharibə qanunlarının kobud şəkildə pozulması fonunda tarixə düşmüş qanlı faciə idi. Holokost soyqırımı kimi, Xocalı qətliamı da XX əsrdə baş vermiş və təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri idi.
Soyqırımı baş verdiyi gündən onun beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Düzdür, ilk illərdə ölkəyə rəhbərlik edən hakimiyyətlərin səriştəsizliyi, bir çox hallarda isə onu ört-basdır etmək cəhdləri müşahidə olunsa da, Ümummilli Lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması, ona hüquqi-siyasi qiymətin verilməsi istiqamətində fəaliyyət yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində sükut dəqiqəsi elan edildi.
Xocalı soyqırımının dünyaya çatdırılması və tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası insanlıq əleyhinə işlədilmiş bu cinayətin beynəlxalq aləmə çatdırılmasında mühüm addım oldu. Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyəti nəticəsində, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində indiyədək 18 ölkənin qanunverici orqanı, eləcə də ABŞ-ın 24 ştatı müvafiq parlament qətnamələri qəbul edib. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub.
Bu gün əminliklə deyə bilərik ki, Xocalı soyqırımı qurbanlarının ruhları şaddır. Çünki 34 il əvvəl soyqırımını həyata keçirən erməni silahlı dəstələrinin bəzi üzvləri layiqli cəzalarını alıb, 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz kimi Xocalı da Ali Baş Komandan və onun Müzəffər Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində azad olunub. Bu gün hər bir azad edilmiş şəhər və rayonumuz kimi Xocalı da yenidən qurulur, onun doğma sakinləri öz ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması soyqırımı qurbanlarının xatirəsinə göstərilən yüksək hörmət və ehtiramın nümunəsidir.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı

Balakəndə gənclərlə polis xidməti mövzusunda görüş

Balakəndə gənclərlə polis xidməti mövzusunda görüş
0

Balakən Rayon Polis Şöbəsinin təşəbbüsü ilə gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə marağını artırmaq məqsədilə geniş görüş keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, Polis Akademiyasının nümayəndəsi, akademiyada təhsil alan kursantlar və rayonun ümumtəhsil məktəblərinin IX-XI siniflərində oxuyan 220 şagird iştirak edib.

RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov çıxışında Polis Akademiyasında tətbiq olunan müasir təlim-tədris prosesi barədə ətraflı məlumat verərək, gəncləri hüquq-mühafizə orqanlarında fəaliyyətə təşviq edib.

Polis Akademiyasının nümayəndəsi isə şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları və digər imkanlar barədə geniş təqdimat edib.

Akademiyada təhsil alan kursantlar da öz çıxışlarında tələbə həyatının üstünlüklərini bölüşərək, gəncləri bu yolda cəsarətli addımlar atmağa ruhlandırıblar.

Görüşün sonunda şagirdlərə qanunvericiliklə bağlı kitablar hədiyyə olunub. Bu təşəbbüs gənclərin hüquq sahəsinə marağını artırmaqla yanaşı, onların gələcəkdə dövlətə və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişməsinə töhfə verməyi hədəfləyir.

Yeni Balakən

Azərbaycan və BƏƏ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı

N.Məhəməliyev
0

Azərbaycan və BƏƏ arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı və Əbu-Dabidən verilən sülh mesajı

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanı təkcə dini bağlar deyil, eyni zamanda möhkəm siyasi, iqtisadi, eləcə də mədəni-humanitar əlaqələr birləşdirir. İki ölkə arasında müntəzəm olaraq həyata keçirilən yüksək səviyyəli səfərlər, imzalanan müqavilələr bu əlaqələri daha da inkişaf etdirir, onu yeni bir mərhələyə daşıyır. Bu mənada, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 3–4-ü tarixlərində BƏƏ-yə işgüzar xarakterli səfəri də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Azərbaycan Prezidenti BƏƏ-yə səfəri çərçivəsində bu ölkədən olan həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşdü. Görüşün nəticəsi olaraq Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı. Bu, BƏƏ ilə Azərbaycan arasında iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da dərinləşdiyinin göstəricisidir.

Ümumiyyətlə, Əbu-Dabi ilə enerji sahəsini əhatə edən bir neçə əməkdaşlıq istiqaməti mövcuddur. BƏƏ-nin “Masdar” şirkəti indiyə qədər Azərbaycanla birgə ölkəmizdə bir neçə böyük layihə həyata keçirib. Bu proses hazırda da mərhələli şəkildə davam edir. Məsələn, 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyası artıq fəaliyyət göstərir. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Bundan başqa, “Masdar” və SOCAR qarşılıqlı investisiyalarla 1 QVt gücündə əlavə günəş və külək enerjisi layihələrinin tikintisini planlaşdırır. Göründüyü kimi, BƏƏ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıq kifayət qədər genişdir və dövlət başçısının bu dəfəki səfəri çərçivəsində imzalanan sənəd bu əlaqələrin inkişafına əlavə zəmin yaradacaq. Xüsusilə alternativ enerji, yaşıl enerjinin inkişaf etdirilməsi istiqamətində iki ölkə arasında kifayət qədər potensial var.

Bakı ilə Əbu-Dabi arasında hərbi sahədə əməkdaşlıq da yeni bir mərhələyə qədəm qoyub. Dövlət başçısının BƏƏ-yə səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması buna əyani sübutdur.

Artıq hərbi əməkdaşlığın ilkin addımlarını görürük. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Hərbi sahədə əməkdaşlıq, ilk növbədə, təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir. Bildiyimiz kimi, BƏƏ müasir hərbi texnologiyalar, pilotsuz uçuş aparatları, kiber təhlükəsizlik və yüksək dəqiqlikli silah sistemləri sahəsində ciddi təcrübəyə malikdir və Azərbaycan üçün bu təcrübədən yararlanmaq ordunun modernləşdirilməsi və texnoloji imkanlarının artırılması baxımından önəmlidir.

Azərbaycan Prezidentinin BƏƏ-yə səfərində ən yadda qalan məqamlardan biri də dövlət başçımıza “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edilməsi oldu. Bu mükafat həm Azərbaycan dövləti, həm də onun dövlət başçısı cənab İlham Əliyevə beynəlxalq səviyyədə göstərilən yüksək ehtiramın və etimadın təsdiqi idi. Bu, həm də ölkələr və xalqlar arasında dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq prinsiplərinə verilən qiymətdir.

Hər kəsə məlumdur ki, Azərbaycan Prezidenti uzun illərdir regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl çalışır. Dövlət başçısı istər keçmiş Qarabağ münaqişəsi mövcud olduğu illərdə, istərsə də İkinci Qarabağ müharibəsindən sonra ancaq sülh çağırışı edib, Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı olub. Cənab Prezident mükafatın təqdimetmə mərasimi zamanı çıxışında da sülhün vacibliyini ifadə etdi, bunun regionumuz və onun inkişafı üçün zəruriliyini vurğuladı. Azərbaycan lideri bütün ali tribunalarda olduğu kimi, Əbu-Dabidən də dünyaya sülh mesajı verdi, bu siyasətə sadiqliyini bir daha beynəlxalq aləmə bəyan etdi. “Zayed İnsan Qardaşlığı Mükafatı” da məhz həmin siyasətin beynəlxalq aləmdə yüksək səviyyədə dəstək gördüyünü və qiymətləndirildiyini göstərir.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

NARKOMANİYAYA QARŞI MÜBARİZƏ: HÜQUQİ MÜSTƏVİDƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanın qlobal problemlərindən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının yoxa çıxmasına, genefondun tənəzzülünə və digər bir sıra mənfi nəticələrə gətirib çıxarır. Nаrkоmаniyanın gələcək nəsillərin tаlеyində mənfi rоlunu görən Ümummilli lidеr Hеydər Əliyеv qeyd edirdi: “Biz dünyаdа ümumbəşəri prоblеmlərin tеz həll оlunmаsının tərəfdаrıyıq və bundаn sоnrа dа bütün insаnlаr üçün böyük təhlükə оlаn nаrkоmаniyа və nаrkоbiznеslə mübаrizənin ön sırаlаrındа оlаcаğıq”. Respublikamızda 2022-ci ildə 10665, 2023-cü ildə 10057, 2024-cü ildə 8863 sayda bu kateqoriya cinayət törədilmişdir. Narkomaniyaya qarşı mübarizənin aparılması ictimai-siyasi, hüquqi əhəmiyyət kəsb etməklə ölkəmizdə də bu sahədə ciddi addımlar atılmaqdadır. Belə ki, Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 №-li Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Komissiya narkomaniyaya qarşı mübarizədə dövlət siyasətini həyata keçirilməsini təmin etməklə, maarifləndirmə və təbliğat işlərini həyata keçirir. Sözügedən mübarizənin daha səmərəli aparmaq üçün beynəlxalq əməkdaşlığın aparılması və təkmil qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Azərbaycan Respublikası 1 dekabr 1998-ci il tarixli qanunla BMT-nin “Narkotik vasitələr haqqında” Konvensiyasına, 16 fevral 2001-ci il tarixli qanunla “Narkotik maddələrin qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında” Parsial Sazişə qoşulmuşdur. 28 iyun 2005-ci il tarixdə isə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” qanun qəbul edilmişdir. Ümumilikdə, bu sahədə 49 qanun, 21 fərman, 67 sərəncam, 5 dövlət proqramı, Nazirlər Kabinetinin 40 qərarı qəbul edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 30 dekabr 1999-cu ildə qəbul edilən zaman narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə 26-cı fəsil (234-240-ci maddələr) yer verilmişdir. CM-in 234-cü maddəsi qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmanı, 235-ci maddə həmin predmetləri talama və ya hədə-qorxu ilə tələb etməni, 236-cı maddə narkotik vasitələrin və psixotrop maddələrin istehlakına təhrik etməni, 237-ci maddə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməni, 238-ci maddə onların istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlamanı, 239-cu maddə narkotik vasitə və psixotrop maddə əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırmanı və nəhayət, 240-cı maddə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsini qadağan edir. 1999-cu ildən bu günə qədər qeyd etdiyimiz maddələrin təkmilləşdirilməsi istiqamətində mühüm əlavə və dəyişikliklər edilmişdir. Məsələn, 20 oktyabr 2017-ci il tarixli Qanunla CM-nin 234-cü maddəsi ilə qadağan olunan əməllərin dairəsi genişlənərək hazırki vəziyyətə gətirilmiş, 26 aprel 2022-ci il tarixli qanunla satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarını külli miqdarda əldə etmə, hazırlama, saxlama, daşıma, emal etmə əməli CM-ə daxil edilmiş və 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Eyni əməl xeyli miqdarda törədildikdə isə 3 ilədək azadlıqdan məhrumetmə ilə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Müasir dövrümüzdə insanlar mediadan və sosial şəbəkələrdən çox geniş şəkildə istifadə edirlər. Bunun müsbət cəhətləri ilə yanaşı, mənfi nəticələri də qaçınılmazdır. Bunlardan biri də məhz narkotik vasitələrin satışı zamanı mediadan, sosial şəbəkələrdən vasitə kimi istifadə edilməsi, habelə həmin maddələrin istehlakına sosial şəbəkələr və media vasitəsilə təhrik etmədir. Bu halların qarşısını almaq üçün 29 aprel 2022-ci il tarixli qanunla CM-ə 234.4.4-cü maddə əlavə edilmişdir. Qanuna əsasən, bu tip cinayətlərin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsinə görə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göstərilənlərdən əlavə narkomaniya ilə mübarizədə mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli, 721 №-li Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq etməsi idi. Narkomaniya ilə bağlı sayca 5-ci olan bu Proqramda qeyd edilir ki, onun əsas məqsədi müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası sahəsində yeni üsulların tətbiqi, normativ hüquqi bazanın təkmilləşdirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Proqramda, həmçinin, qlobal trendlər, mövcud vəziyyətin təhlili, hədəf göstəriciləri, əsas məqsədlər, prioritet istiqamətlər, maliyyələşdirmə məsələləri və tədbirlər planı göstərilmişdir. Sözügedən sənəddə digərləri ilə yanaşı, cinayətkarlıqla mübarizə aparan  Azərbaycan Respublikasının Baş Prokurorluğuna da bir sıra tədbirlərin keçirilməsində iştirak etmək tövsiyə olunmuşdur. Bunlara aiddir: ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının daşınmasının qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirlərinin və profilaktik tədbirlərin gücləndirilməsi; sözügedən predmetlərin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində beynəlxalq təcrübədən istifadə etməklə əməkdaşların peşəkarlığının yüksəldilməsi və təcrübə mübadiləsi məqsədilə seminarların, təlimlərin və digər tədbirlərin keçirilməsi; cinayət mühakimə icraatı zamanı belə cinayətlərin törədilməsini doğuran səbəb və şəraitin öyrənilməsi, eləcə də qarşısının alınması üçün tədbirlər görülməsi; narkotik vasitələrin və psixotrop maddələrin gizli pərakəndə satış şəbəkəsinin ifşası və bu cinayəti  törədən şəxslərin vaxtında məsuliyyətə cəlb edilməsi istiqamətində təşkilati və praktiki tədbirlərin gücləndirilməsi; cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi ilə bağlı normaların tətbiqi təcrübəsinin ümumiləşdirilməsi və onların tətbiqinə nəzarətin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə,narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi; narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ bazanın təkmilləşdirilməsinə dair təkliflər verilməsi və s.

Narkomaniya ilə mübarizədə effektiv üsullardan  biri də maarifləndirmə işlərinin aparılmasıdır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə cəmiyyəti məlumatlandırır.. Eyni zamanda narkomaniyaya qarşı təbliğat işinin aparılmasında sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların mediada geniş işıqlandırılması vacib faktorlardandır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, cəmiyyət, ictimai təşkilatlar, xüsusilə, media subyektləri aktiv iştirak etdiyi halda, dövlətin narkomaniya ilə mübarizədə apardığı siyasət öz töhfəsini verə bilər.

Bu sahədə ideoloji işlərin aparılması istiqamətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası müntəzəm iş aparır.

Balakən rayon prokurorluğunun

müstəntiqi vəzifəsi üzrə stajor                                                                          

           Famil Əhmədli

AZƏRBAYCAN DÜNYANIN MARAQ DAİRƏSİNDƏ – ƏBU-DABİ BAKI İLƏ BUNA GÖRƏ YAXINLAŞIR

Zeynal Əmrəliyev
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşılayıb. Daha sonra liderlər arasında görüş keçirilib və bu görüş zamanı iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq kimi dəyərləndirilib.

Görüşdə siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıq əldə edilib. Səfərin ən mühüm və maraqlı hissəsi isə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki hərbi təlimi olub. Son dövrlər regionda gərginləşən geosiyasi vəziyyət fonunda Körfəzin ən güclü dövlətlərindən biri olan BƏƏ ilə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanın hərbi sahədə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır və beynəlxalq səviyyədə maraqla qarşılanır.

Bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur. Ölkələr arasında qarşılıqlı niyyət protokolunun imzalanması gələcəkdə daha geniş və sistemli hərbi əməkdaşlığa start veriləcəyi fikrini gücləndirir. Səfər çərçivəsində Azərbaycan Dövlət İqtisadiyyat Nazirliyinə məxsus Southern Gas Corridor CJSC şirkətinin qeyri-nəzarətçi payının BƏƏ-nin investisiya bölməsi XRG tərəfindən alınmasına dair sənədin imzalanması da xüsusi əhəmiyyət kəsb edir. Bu addım iki ölkə arasında enerji sahəsində bazar iştirakını və investisiya əməkdaşlığını artırmağa yönəlib.

Əbu-Dabi və Bakı arasında yüksələn enerji əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsi, eləcə də BƏƏ-dən olan iş adamlarının Azərbaycan iqtisadiyyatına daha çox investisiya yatırması əsas gözləntilər sırasındadır. Xüsusilə Azərbaycanın zəngin turizm potensialı BƏƏ investorları üçün cəlbedici hesab olunur. Bununla yanaşı, ərəb investorların işğaldan azad edilmiş bölgələrdə müxtəlif layihələr həyata keçirməsi də maraq doğurur. Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələri xarici investorlar üçün “investisiya cənnəti” kimi qiymətləndirilir.

Səfər zamanı ikitərəfli münasibətlərlə yanaşı, regionda baş verən geosiyasi proseslərin, o cümlədən Yaxın Şərqdə yaşanan son hadisələrin də müzakirə edildiyi istisna deyil. Azərbaycan bu gün regionun aparıcı dövləti kimi beynəlxalq siyasətdə də əsas aktorlardan biri qismində çıxış edir. Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında ölkəmizin son dövrlərdə oynadığı fəal rol beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında artan münasibətlərin gələcəkdə ən yüksək səviyyəyə çatdırılması hədəflənir. Bakı və Əbu-Dabi arasında qardaşlaşma əlaqələri üçün memorandumun imzalanması da bu strateji yaxınlaşmanın bariz göstəricisidir.

                                           Politiloq

                               Zeynal Əmrəliyev

2 Fevral Gənclər Günü Balakəndə

2 fevral gənclər günü Balakəndə
0

Balakəndə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib

Bu gün Balakən Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon üzrə gənclər və idman sektoru, Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

 Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP fəalları, qazilər və fəal gənclər iştirak edib. Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə iştirakçılar əvvəlcə gənclərin əl işlərindən ibarət sərgi və xaricdə yaşayan gənclərin video təbriklərinə baxıblar. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edən Balakən rayonu üzrə gənclər və idman sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən baş məsləhətçi Sarxan Hacıyev rayon gənclərinin gördüyü işlər, respublikanın ictimai-siyasi həyatında gənclərin rolu, ölkə idmanında rayon gənclərinin təmsilçiliyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 Digər çıxış edənlər Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, Balakən Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Aysel Padarova, Balakən regional ASAN Xidmət Mərkəzinin əməkdaşı  Aynur Gülüyeva və fəal gənc Ayşə Qarayeva Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Sərəncamına əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsindən, gənclərin respublikanın ictimai-siyasi həyatında fəal iştirakından, müxtəlif sahələrdə qazandıqları uğurlardan danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar.

Rayon rəhbəri Natiq Ağayev çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, müstəqil Azərbaycan dövləti gənclərin bacarıq və intellektual potensialının üzə çıxarılması üçün hər zaman geniş imkanlar yaradıb, bu təbəqəyə xüsusi diqqət və qayğı göstərib. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə intellektual, vətənpərvər, savadlı yeni nəsil yetişmişdir. Bildirilib ki, dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə yüksək nailiyyətlər arzulayıb.

Sonda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olmuş gənclərə partiya vəsiqələri, həmçinin bir qrup fəal gəncə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

                                                               Yeni Balakən

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Deputatdan sərt mövqe: “Bu, siyasi məsələ deyil, milli təhlükəsizlikdir”
0

Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub

Müstəqilliyin ilk illərində bir çox sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ciddi boşluqlar mövcud idi. Dövlətin diqqətindən kənarda qalan Azərbaycan gənci özünü yalnız, təcrid olunmuş vəziyyətdə hiss edirdi. Yaranmış bu situasiyadan isə həmin illərdə Azərbaycana asanlıqla ayaq aça bilən xarici qüvvələr, radikal dini təşkilatlar öz maraqları naminə istifadə edə bilirdilər. Nəticə etibarilə Azərbaycan gənci bu diqqətsizliyin sonucunda özünü ölkəyə sirayət etmiş dini ekstremist təşkilatlarda, müxtəlif cərəyanlarda tapırdı.

Ümummilli Lider Heydər Əliyev 90-cı illərin əvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə gələnə qədər bu mənfi tendensiya davam etdi. 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin çiyinlərinə o zaman böyük yük düşürdü. Bir tərəfdən həmin dövrdə ölkəni təhdid edən vətəndaş müharibəsinin qarşısını almalı, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etməli, digər tərəfdən müxtəlif sahələrdə mövcud olan boşluqları, çatışmamazlıqları aradan qaldırmalı idi. Təbii ki, gənclərlə iş də bu sahədə istisna deyildi. Gələcəyə yönəlik bilikli, bacarıqlı, vətənpərvər gənclərin yetişdirilməsi üçün onlara diqqət artırılmalı, kənar təsirlərin neytrallaşdırılması üçün ciddi addımlar atılmalı idi. Bir sözlə gənc onun arxasında hansısa xarici ölkə, dini cərəyan və ya ekstremist təşkilatın deyil, Azərbaycan dövlətinin dayandığını hiss etməli idi.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında ölkədə gənclərlə bağlı sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. 1994-cü ildə gənclərlə iş sahəsində konseptual yanaşmanın ortaya qoyulması, 1996-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlətin gənclər siyasətinin formalaşdırılması istiqamətində atılan mühüm addımlar idi. Bu həm də Azərbaycanda müstəqil dövlət gənclər siyasətinin əsasının qoyulduğunun təzahürü idi. Ümummilli Lider sonrakı dövrlərdə gənclərlə müntəzəm şəkildə bir araya gələrək onların problemləri ilə maraqlanır, təşəbbüslərini dinləyir və həmin təşəbbüslərə öz dəstəyini göstərirdi. Artıq Azərbaycan gənci yad təsirlərdən, xarici amillərdən uzaq idi. Çünki onun arxasında Azərbaycan dövləti dayanırdı. Elə Ulu Öndərin “Mən həmişə gənclərə arxalanmışam” fikri də həm Ümummili Liderin, həm də Azərbaycan dövlətinin gənclərə olan böyük etimadının bariz nümunəsi idi. Heydər Əliyev gənclərin ölkənin taleyində məsuliyyət daşıdığını daim vurğulayaraq, onları müstəqil Azərbaycanın qurucuları kimi görürdü. Bu mənada Ulu Öndər əbəs yerə demirdi: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”.

Təsadüfi deyil ki, hər il fevralın 2-də qeyd edilən “Gənclər Günü” də Heydər Əliyevin Azərbaycan gəncinə ən böyük ərmağanıdır. Belə ki, Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən etibarən müntəzəm olaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumundan sonra bu, ənənə halını aldı. İlk Forumda Ulu Öndərin şəxsən iştirak etməsi Heydər Əliyevin gənclərə nə dərəcədə böyük diqqət ayırdığını, onlara etimad göstərdiyini təsdiqləyirdi. 1997-ci il, fevralın 1-də Heydər Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Azərbaycanda belə bir günün təsis edilməsi təkcə ölkə tarixində deyil, eyni zamanda MDB məkanında və Şərqi Avropa ölkələri arasında bir ilk idi. Həmin sərəncam əsasında MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Bu həm də Azərbaycanın gənclərə yönəlik siyasətdə bir çox ölkələri qabaqladığını ortaya qoyurdu. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər Günü təsis edildikdən bir müddət sonra, daha dəqiq desək 1998-ci il avqustun 8-12-də keçirilən gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan edildi.

Heydər Əliyev gənclərin bllikli, bacarıqlı, intelektual səviyyəli olmasını tövsiyə edir, bu istiqamətdə müvafiq addımlar atırdı. Bu mənada Ulu Öndərin ötən əsrin 70-80-ci illərində Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, eləcə də ittifaq zamanı Moksvada çalışdığı dövrdə xarici ölkələrə azərbaycanlı tələbələrin göndərilməsi ənənəsi yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirilməyə başlandı və bu proses daha da inkişaf etdirildi. Nəticə etibarilə, 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü ki, bu da gənclərdə əlavə stimul yaradır, onların elmə, təhsilə marağını daha da artırırdı. Heydər Əliyevin ali məktəblərə yüksək balla daxil olmuş gənclərə “Prezident təqaüdü”nün verilməsi barədə qərarı Ulu Öndərin həm gənclərə, həm də onların daha bilikli, bacarıqlı olmasına yönəlik diqqətinin, siyasətinin bariz nümunəsi idi.

Ümumiyyətlə, Ümummilli Lider müstəqil Azərbaycana rəhərlik etdiyi illərdə gənclərə yönəlik bir sıra fərman və sərəncamlar imzalaylb ki, bu da onların gələcək həyatında, elm və intelektual səviyyələrinin artmasında mühüm rol oynayıb. 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nın hazırlanması, “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüdün təsis edilməsi, Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, Gənclər və İdman Nazirliyinin nəzdində Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılması, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bunun əyani sübutudur.

Günümüzdə dövlət gənclər siyasəti Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqları və çağırışlarına uyğun olaraq yeni mərhələyə qədəm qoyub. Gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi proseslərdə fəal iştirakı təşviq olunur. “Azərbaycan gəncliyi” dövlət proqramları, Gənclər Fondu, könüllülük hərəkatları, paytaxt və bölgələrdə açılan “Gənclər Ev”ləri, startap və innovasiya layihələri, 2019-cu ildən etibarən keçirilən “Yüksəliş” müsabiqəsi gənclərin potensialının reallaşmasına geniş imkanlar yaradır. Bütün bunlar həm də gənclərin vətənpərvər ruhda böyüməsi, formalaşması, eyni zamanda onların sosiallaşmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması həm dövlət başçısının gənclərə olan diqqət və qayğısının tərənnümü, həm də əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirildiyinin göstərici idi.

Cənab İlham Əliyev də Ulu Öndər kimi gənclərin bilik və bacarıqlı olması, müasir tenologiyalara yiyələnməsi, ölkəmiz üçün kadr ordusunun formalaşması istiqamətində müvafiq addımlar atır, müntəzəm olaraq bu məqsədlərə xidmət edən fərman və sərəncamlar imzalayır, dövlət proqramları təsdiq edir. Bu mənada Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları xüsusi əhəmiyyət kəsb edir. Sözügedən proqramlar əsasında indiyə qədər minlərlə Azərbaycan gənci xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuyaraq ölkəmizin bütün istiqamətlər üzrə kadr potensialının formalaşmasına zəmin yaradıb. Elə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə həmin kadrların, eləcə də Ulu Öndərin siyasəti nəticəsində yetişmiş vətənpərvər gənclərin xidmətləri müstəsna təşkil edirdi.

Göründüyü kimi Azərbaycanda dövlət gənclər siyasəti ardıcıl və strateji xarakter daşıyır. Əgər Ulu Öndər Heydər Əliyev bu siyasətin ideoloji və institusional əsaslarını yaratmışdısa, Cənab İlham Əliyev həmin siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə quraraq uğurla davam və inkilşaf etdirir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub və bu proses müsbət dinamika ilə davam edir.

Nəsib Məhəməliyev, Milli Məclisin deputatı

Azərbaycan liderinin fikirləri AP və AŞPA-nın nəticə çıxarması üçün bir mesajdır-Nəsib Məhəməliyev

Azərbaycan liderinin fikirləri AP və AŞPA-nın nəticə çıxarması üçün bir mesajdır-Nəsib Məhəməliyev
0

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bütün beynəlxalq platformalarda, konfrans və forumlarda iştirakı, oradakı çıxışları yadda qalan olur, mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bir qayda olaraq bu kimi görüşlərdə həm ölkəmizin maraqlarını sərgiləyir, onu nümayiş etdirir, həm də dünyanı düşündürən, qlobal miqyasda artmaqda olan təhdidlər, təhlükələrin aradan qaldırılması istiqamətində səmərəli təkliflər, təşəbbüslərlə çıxış edir. Bu baxımdan Davos İqtisadi Forumu da əhəmiyyətli platforma rolunu oynayır”.

  “Məlum olduğu kimi Azərbaycan Prezidenti yanvarın 19-dan etibarən Davos İqtisadi Forumunda iştirak etmək üçün İsveçrədə işgüzar səfərdədir. Səfərin ilk günündən dövlət başçısı çoxsaylı görüşlər keçirib, bir sıra iclaslarda iştirak edib. Kifayət qədər zəngin keçən görüşlərdə Cənab İlham Əliyev dialoq və görüşlər vasitəsilə regional və qlobal məsələlərə dair rəsmi Bakının mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır, tərəfdaş ölkələrlə qarşılıqlı anlaşmanı dərinləşdirir. Bu görüşlər beynəlxalq münasibətlərdə etimadın formalaşmasına və strateji tərəfdaşlıqların inkişafına zəmin yaradır.
Bu forumun əsasən iqtisadi mahiyyət daşıdığını nəzərə alsaq, burada keçirilən görüşlər ölkəyə xarici investisiyaların cəlb edilməsi baxımından böyük imkanlar aça bilər. Prezidentin aparıcı şirkətlərin və maliyyə institutlarının rəhbərləri ilə apardığı danışıqlar da məhz bu məqsədə xidmət edir.  Bir sözlə prezidentin Davosdakı fəal fəaliyyəti ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir. 
Cənab İlham Əliyevin bu kimi platformalarda aktiv iştirakı, təşəbbüskarlığı istər-istəməz beynəlxalq medianın da diqqətini ölkə başçımıza çevirir. Elə “Euronews” televiziyasına müsahibə də məhz bu marağın, diqqətin göstəricisi idi. Bu və ya digər beynəlxalq forum və konfranslarda Azərbaycan liderindən xarici media qurumlarının telekanallarının müsahibə alması artıq ənənə halını alıb. 
Dövlət başçısı sözügedən telekanala müsahibə zamanı hər zaman olduğu kimi hər şeyi açıq şəkildə ifadə etdi. Həm ölkəmizin mövqeyi, milli maraqları, gələcəyə baxışını ortaya qoydu, həm də ənənəsinə sadiq qalaraq bəlli dairələrə öz mesajını verdi.  Xüsusilə, dövlət başçısı Avropa Parlamentinin qərəzli, qeyri-obyektiv yanaşmasına diqqət çəkərək bildirdi ki, rəsmi Bakı artıq AP-nin hansısa qərar və qətnamələrinə reaksiya vermir. Çünki, dövlət başçısının dediyi kimi Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Bu sıraya Avropa Şurası Parlament Assambleyası da daxildir. Əslində Azərbaycan liderinin bu fikirləri AP və AŞPA-nın öz fəaliyyətindən nəticə çıxarması üçün bir mesajdır. Hər nə qədər buna inamımız az olsa da, hər halda dövlət başçısının qeyd etdiyi kimi ümid edirik ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.

 Zayed İnsan Qardaşlığı Mükafatına Cənab İlham Əliyevin layiq görülməsi gözlənilən idi. Çünki Azərbaycan lideri bütün istiqamətdə olan fəaliyyətləri ilə həmin mükafatı almağı haqq edir: “Bir qayda olaraq sözügedən mükafat dünyada sülhün, tolerantlığın, multikultural dəyərlərin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələrlə seçilən şəxslərə və qurumlara təqdim olunur. Bütün bu qeyd edilən müsbət keyfiyyətləri Cənab İlham Əliyev özündə cəmləşdirir. İlham Əliyev hələ Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu illərdə problemin sülh yolu ilə həllinə tərəfdar olub, hər zaman danışıqlar vasitəsilə məsələnin həllindən yana olub. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən sonra da İlham Əliyev sülh tərəfdarı kimi çıxış edir. Baxmayaraq ki, bir qayda olaraq qalib ölkə sülhə meyilli olmur, daha çox güc amilinə üstünlük verir. Lakin Azərbaycan Prezidenti regiona daimi, qalıcı sülhün gəlməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasına ciddi şəkildə çalışır. 
Digər tərəfdən İlham Əliyevin rəhbərliyi altında ölkəmiz qalib dövlət olmaqla yanaşı, eyni zamanda multikultural və dini tolerant ölkə kimi də tanınır. Multikulturalizm və dini tolerantlığın qorunması İlham Əliyevin fəaliyyətinin əsas ana xəttini təşkil edir. Bu siyasət də öz növbəsində beynəlxalq aləm tərəfindən ciddi şəkildə izlənilir və öz layiqli qiymətini alır.
Heç kimə sirr deyil ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan multikulturalizm və dini tolerantlıq sahəsində özünəməxsus bir model formalaşdırıb. Müsəlmanların, xristianların, yəhudilərin və digər dini icmaların əsrlərdir sülh şəraitində birgə yaşadığı Azərbaycan bu dəyərləri dövlət siyasəti səviyyəsinə yüksəldib. Məscidlərin, kilsələrin və sinaqoqların bərpası və qorunması, dini icmalara dövlət dəstəyinin göstərilməsi Azərbaycanın təkcə regional deyil, qlobal miqyasda tolerant cəmiyyət nümunəsi kimi qəbul olunmasına səbəb olub. Həm sadaladığımız amillər, həm Azərbaycanın Şərqlə Qərb arasında körpü rolu oynaması, eyni zamanda Cənab İlham Əliyevin qlobal dialoqa verdiyi töhfə və Bakının İslam dünyası ilə Avropa arasında mühüm dialoq platformasına çevrilməsi Azərbaycan liderinə Zayed İnsan Qardaşlığı Mükafatının verilməsini şərtləndirən amillərdəndir”.
                                               

                                                                                   Milli Məclisin deputatı Nəsib Məhəməliyev