Category: Mədəniyyət

“Ötən ilin son gecəsi”

“Ötən ilin son gecəsi
0

25 avqust 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı Anar Rzayevin qələmindən ərsəyə gələn “Ötən ilin son gecəsi” əsəri əsasında hazırlanan tamaşa səhnələşdirilərək tamaşaçılara nümayiş etdirilib.

Səhnə əsərinin təqdimatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin mədəniyyətə maraqlarının artırılması məqsədini daşıyıb. Tamaşada iştirak edən gənc könüllülər öz aktyorluq bacarıqlarını nümayiş etdirərək tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.

Mədəni tədbir gənclərin birliyinə, mədəni mühitdə fəal iştirakına və milli ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılıq irsinin təbliğinə xidmət edir.

                                                    Yeni Balakən

Balakəndə “Gənclərin Ritmi” adlı tədbir.

Gənclərin Ritmi
0

5 avqust 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkili və onların istedadlarının üzə çıxarılması məqsədilə “Gənclərin Ritmi” adlı əyləncəli konsert proqramı təşkil olundu.

Tədbirdə ümumrespublika bədii qiraət müsabiqəsinin qalibi, aparıcı və aktyor Əliağa Tapdıq və rejissor Emil Hacıyev, həmçinin ADA Universitetinin məzunu Cavidan Əliyeva iştirak etdilər.

Proqram çərçivəsində musiqi nömrələri, milli və müasir rəqslər, şeir kompozisiyaları, gənclərin ifasında mahnılar tamaşaçılara təqdim olundu. Səhnə çıxışları alqışlarla qarşılanıb, gənclərin yaradıcılıq bacarıqları böyük maraq doğurub.

Tədbirin ən maraqlı hissələrindən biri isə viktorina olub. Gənclər müxtəlif mövzularda suallara cavab verərək biliklərini sınadılar. Qaliblərə hədiyyələr təqdim olundu.

Belə tədbirlər gənclərin mədəni inkişafına, ünsiyyət bacarıqlarının formalaşmasına və asudə vaxtlarının səmərəli keçməsinə mühüm töhfə verir.
Zöhrə Bakeyeva

Balakəndə “Cırtdan” tamaşası göstərilib.

0
1 avqust 2025-ci il tarixdə  Balakən rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalq nağılının sevilən obrazı olan “Cırtdan” əsasında səhnələşdirilimiş tamaşa təqdim olunub. Balacalar üçün nəzərdə tutulan bu tamaşa uşaqların milli mədəniyyətimizə,ədəbiyyatımıza marağını artırmaq, onlarda dostluq və cəsarət kimi dəyərləri aşılamaq məqsədi daşıyırdı.
Zal dolusu balacaların hər səhnəsinə təəssurat bildirdiyi,həvəslə izlədiyi tamaşada Baba rolunda Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev, Div rolunda Mədəniyyət Mərkəzinin könüllüsü Yüzbaşıyev Zamin, Cırtdan rolunda Uşaq İncəsənət Festivalının qalibi Çiraqi Fatimə, Nənə rolunda Hənifə kənd Diyarşünaslıq Evinin metodisti Qafarova Kəmalə, Cırtdanın dostları rolunda Mamedov Murad, Hudulova Səbinə, Qazıyeva Nilay, Bayramova Şəhrizat çıxış ediblər.Tamaşadakı uğurlu çıxışlarına görə isə Mədəniyyət Mərkəzinin diplomları ilə təltif olundular.
Tamaşa uşaqların maarifləndirilməsi və milli nağıl irsinin təbliği baxımından böyük maraqla qarşılanıb.
Yeni Balakən

“Mənim oğlum qəhrəmandır.”

0

15.07.2025-ci il tarixində Yeni Şərif kənd Sənətkarlıq Evində ərazimizin işğaldan azad olunması uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsinə həsr olunmuş “Mənim oğlum qəhrəmandır ” başlığı altında ədəbi-bədii gecə keçirilib.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir rəngarəng çıxışlarla davam etdi.
Tədbirdə I və II Qarabağ müharibnəsinin şəhid ailələri, qazilər, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi, Mədəniyyət Mərkəzinin əməkdaşları, qonşu kənd mədəniyyət müəssisələrinin əməkdaşları,ziyalılar,yazıçı publisistlər,məktəblilər və kənd sakinləri iştirak edib.
Tədbirdə çıxış edənlər Vətən uğrunda canlarından keçmiş igid övladlarımızın qəhrəmanlığından, onların keçdiyi şərəfli döyüş yolundan bəhs edib, şəhid ailələrinin göstərdiyi fədakarlığı yüksək dəyərləndiriblər.

Ədəbi-bədii gecədə şəhidlərə həsr olunmuş şeir kompozisiyası, vətənpərvərlik ruhunda mahnılar, səhnəciklər və rəqslər təqdim olundu. Səhnədə ifa olunan hər bir nömrə tamaşaçılar tərəfindən böyük duyğular və alqışlarla qarşılandı.

Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkli çəkildi.

Zöhrə Bekayeva

“Böyük zəfərə gedən yolun son addımları”

0

12 iyul 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində Tovuz döyüşlərinin ildönümü münasibətilə “Böyük zəfərə gedən yolun son addımları” başlığı altında Qarabağ müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirildi. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizi bir dəqiqəlik sükutla anma ilə başlayan tədbirdə QHT-dən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi,Cavanşir İsmayılov, Əsgər Ailəsi İctimai Birliyinin Balakən rayon filialı, Nəfisət Vahid, Xocalı Soyqrımını dünyaya tanıtma cəmiyyəti, Şaban Daşdəmirov, II Qarabağ müharibəsinin qaziləri Məhəmməd İsayev, Pərviz Urkayev, şəhid ailələri, yazıçı Sədulla Şirin,mədəniyyət müəssisələrinin nümayəndələri və vətənpərvər ziyalılar iştirak edirdi.

Tədbiri giriş sözü ilə Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev açaraq, Tovuz döyüşlərinin Azərbaycan tarixində oynadığı roldan, xalqımızın Vətən sevgisindən və bu döyüşlərin milli birliyin daha da möhkəmlənməsindəki əhəmiyyətindən danışıb.

Tədbir iştirakçıları qəhrəman şəhidlərimizi anaraq, Tovuz döyüşlərinin Vətən müharibəsinə gedən yolda xalqın birliyini və qətiyyətini necə gücləndirdiyini vurğuladılar.

Tədbirin məqsədi – 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərinin tarixi əhəmiyyətini bir daha xatırlatmaq, həmin döyüşlərdə nümayiş olunan milli ruhun, xalq-dövlət birliyinin sonrakı zəfərə – 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə necə yol açdığını vurğulamaq idi.

Yeni Balakən