Category: Mədəniyyət

Azərbaycan Teatr Xadimləri İttifaqının xadimləri ilə görüş

0

2025-il iyun ayının 30-da Şəki Heydər Əliyev Mərkəzində, Azərbaycan Teatr Xadimləri İttifaqının xadimləri Şəki Zaqatala regional Mədəniyyət İdarəsinin tabeliyində olan əməkdaşlarla görüş keçirdi. Görüşdə Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın Xalq Artisti, Teatr və Kino aktyoru Hacı İsmayılov, Xalq artisti, “İlham” miniatür teatrının direktoru, ADMİU-nin “Musiqili Teatr aktyoru” kafedrasının müdiri İlham Namiq Kamal,
ADMİU-nin “Teatr/Kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, 3-cü dərəcəli “Əmək” ordenli professor, “Sənətkar” medalı laureatı, tanınmış aktyor və bədii qiraətçi Azad Şükürov,
Xalq artisti, Akademik Milli Dram Teatrının baş rejissoru işləmiş hal-hazırda Bakı Bələdiyyə Teatrının Baş rejissoru Mərasim Fərzəlibəyov,Əməkdar Mədəniyyət xadimi, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov və bir sıra tanınmış teatr və kino xadimləri iştirak ediblər. Bu sahədə xidməti olan bəzi Mədəniyyət işçiləri Teatr Xadimləri İttifaqının Fəxri Fərmanları ilə təltif edilib.Xoş haldır ki,təltif olunanların arasında məşhur “Qara Volqa” filminin baş rolların ifaçılarında biri, Balakənlimiz olan tanınmış aktyor,bədii qiraətçi,Balakən Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev də var.

Arzu Ocaqverdiyev tear sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının “Fəxri Fərman”ları ilə təltif olunub.Balakən mədəniyyəti, ölkə mədəniyyətinin bir çox sahələrində özünəməxsus yeri ilə seçilir,fərqlənir.Təbii ki,bu uğurların arxasında mədəniyyət sahəsindən anlayan Arzu müəllim kimi və digər peşəkar əməkdaşların zəhməti,əziyyəti,sənəti,fəaliyyəti durur..

Arzu Ocaqverdiyevi rayonumuz adından təbrik edir,işində,fəaliyyətində uğurlar diləyirik.Səsi,sorağı həmişə yüksəklərdən,təltiflərdən gəlsin.

“Külə dönmüş arzular”

0

Balakən rayon Hədisov adına Yeni Şərif kənd tam orta məktəbinin akt zalında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon Komissiyasının təşkilatçılığı ilə 26 İyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyasının sədri Turan Dibirov narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə ətraflı məlumat verərək, narkomaniyanın və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında gənclərin üzərinə düşən ictimai vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.

Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev, rayon prokurorunun köməkçisi Qabil Əlizadə, Qabaqçöl polis bölməsinin rəisi, polis polkovnik leytenantı Vilayət Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin zabiti Niyazi Şirinov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə sektor müdiri Rasim Paçalov mövzu ətrafında çıxış etmiş, narkomanlığa qarşı mübarizənin hər bir vətəndaşın bilavasitə vəzifəsi olduğunu vurğulamışlar.

Daha sonra tədbir iştirakçılarına rayon Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunan “Külə dönmüş arzular” tamaşası təqdim olundu. Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda “Külə dönmüş arzular” tamaşasının iştirakçılarına “Təşəkkürnamə” və hədiyyələr təqdim olundu,xatirə şəkillər çəkildi.