Category: Mədəniyyət

“Mənim Azərbaycanım”: Həmrəylik Ruhunun Musiqi ilə Vüsət Tapdığı Axşam

“Mənim Azərbaycanım”: Həmrəylik Ruhunun Musiqi ilə Vüsət Tapdığı Axşam
0

27 dekabr tarixində Balakən rayonunda keçirilən “Mənim Azərbaycanım” adlı konsert proqramı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunaraq, həm milli qürur hissini, həm də musiqi və incəsənətin birləşdirici gücünü bir daha nümayiş etdirdi.

Tədbir məktəbin müəllim və şagird kollektivinin təşəbbüsü ilə hazırlanmış, səhnədəki hər çıxış bir vətən sevgisinin ifadəsinə çevrilmişdi. Konsertin xüsusi qonağı — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Səxavət Məmmədov — öz rəngarəng çıxışları,Balakən Uşaq İncəsənət Məktəbinin direktoru Arifə Tağıyevayla birgə ifaları ilə proqramın bədii dəyərini daha da artırdı.

Zəfər ruhu ilə açılan səhnə

Tədbirin açılışında məktəbin şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblıuşaq xorunun birgə ifasında “Heyratı” muğamı əsasında hazırlanmış Zəfər marşı səsləndirildi. Bu kompozisiya təkcə musiqi deyil, həm də tarix və qürur dolu bir mesaj idi — tamaşaçılar arasında duyğulu baxışlar, alqışlar və qürur dolu anlar yaşandı.

Ardınca nümayiş olunan videoçarx, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətini və bu günün xalqımız üçün nə qədər dəyərli olduğunu vizual və emosional şəkildə çatdırdı.

Səhnədə birləşən ürəklər

Konsert boyu səhnədə müəllim və şagirdlərin birgə çıxışları, fortepiano və xoreoqrafiya şöbələrinin sinerjisi ilə təqdim olunan “İgidlər” mahnısı ilə kulminasiya nöqtəsinə çatdı. Bu ifa, həm estetik baxımdan, həm də məna etibarilə tədbirin ruhunu tamamladı — igidlik, birlik və vətənə sevgi.

Tədbirin qonaqları və ictimai əhəmiyyəti

Tədbirdə Rayon İcra Hakimiyyəti adından Nəzakət xanım Rüstəmova, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Ülkər Mahmudova və idarə heyəti, şəhid və qazi ailələri, mədəniyyət işçiləri, valideynlər və digər qonaqlar iştirak edirdi. Onların varlığı tədbirə həm rəsmi, həm də mənəvi dəyər qatdı.

Son söz əvəzi

“Mənim Azərbaycanım” konsert proqramı bir daha sübut etdi ki, musiqi və incəsənət təkcə sənət deyil — həm də həmrəylik, tarix və kimlik ifadəsidir. Balakənin gənc ifaçıları və müəllimləri bu axşam səhnədə təkcə notları deyil, ürəklərini bölüşdülər. Bu tədbir yaddaşlarda birlik, qürur və sevgi ilə dolu bir musiqi gecəsi kimi qalacaq.

                                                                                                   Ramazan Abal

Heydər Əliyev – Konstitusiyamızın və Dövlət Suverenliyimizin Memarıdır

Heydər Əliyev – Konstitusiyamızın və Dövlət Suverenliyimizin Memarıdır
0

Balakən rayonunda “Heydər Əliyev – Konstitusiyamızın və Dövlət Suverenliyimizin Memarıdır!” adlı tədbir keçirilib.

Balakən rayon Mədəniyyət Mərkəzində “Konstitusiya və Suverenlik ili” çərçivəsində ədəbi-bədii kompozisiya təqdim olunub.

19 dekabr 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev – Konstitusiyamızın və Dövlət Suverenliyimizin Memarıdır!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ardınca Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH aparatının kollektivi, idarə və müəssisə rəhbərləri, əməkdaşlar iştirak ediblər. Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva çıxışında Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında, Konstitusiyanın qəbulunda və dövlət suverenliyinin möhkəmləndirilməsində oynadığı əvəzsiz rolu vurğulayıb.

Daha sonra Mədəniyyət Mərkəzinin əməkdaşları və bədii qiraət dərnəyinin üzvləri xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” əsasında hazırlanmış kompozisiyanı təqdim ediblər. Səhnə əsəri Ulu öndərin mənalı həyat yolunu, dövlətçilik tariximizdəki misilsiz xidmətlərini və xalq yaddaşında əbədi yaşayan zəngin irsini bədii formada əks etdirib.

Tədbir çərçivəsində Şəfəq Hacıyevanın fortepiano müşayiəti ilə gənc vokalist Vasif Qasımov Sevil Əliyevanın “Əziz anam” mahnısını ifa edib. Musiqi nömrəsi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda iştirakçılar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

                                                                    Yeni Balakən

“Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır”

“Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır”
0

Balakən rayonunda “Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır” başlığı altında tədbir keçirilib

11 dekabr 2025-ci il tarixdə keçirilən tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha  sonra ŞZRMİ-nin Balakən rayonu üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva çıxış edərək Heydər Əliyevin milli dövlətçilik tarixindəki rolundan danışıb və gənc nəslin bu irsdən faydalanmasının vacibliyini xüsusi vurğulayıb.

Balakən rayon Mədəniyyət Mərkəzinin işçiləri və könüllülərinin iştirakı ilə xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyat dastanı” poeması əsasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. “Min ildə bir dəfə doğulan kəs, tarixdə əbədi yaşayacaqdır” adlı kompozisiya Ulu öndərin zəngin həyat yolunu, dövlətçiliyimizin möhkəmləndirilməsində müstəsna xidmətlərini və xalq yaddaşında əbədi yaşayan irsini bədii ifadələrlə təqdim edib.

Tədbirdə həmçinin Şəfəq Hacıyevanın fortepianoda müşayiəti ilə gənc vokalist Vasif Qasımovun ifasında Sevil Əliyevanın “Əziz anam” mahnısı təqdim olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbir çərçivəsində iştirakçılar Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi ilə də tanış olublar.

                                                                                                                             Zöhrə Bakeyeva

“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatı

“44 Günlük Savaşda Balakən Fəailəri”
0

Bu gün Balakən Mədəniyyət Mərkəzi daha bir mənalı tədbirə ev sahibliyi etdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbiçi mayor Şaban Daşdəmirovun qələmindən çıxan “44 Günlük Savaşda Balakən Fədailəri” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və digər sahələrdən qonaqlar iştirak etdilər. Kitaba önsöz yazan tanınmış tarixçi alim Akif Məmmədlinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Digər natiqlər də kitabın məzmunu, mövzunun əhəmiyyəti və müəllifin yaradıcılığı haqqında geniş çıxışlar etdilər.

Kitab Mingəçevir Poliqrafiya Mərkəzində çap olunmuş, yüksək zövqlə hazırlanmışdır. Təcrübəli dizayner Rübabə xanımın dizaynı və müəllifin ideyası əsasında ərsəyə gələn bu nəşrdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarını fəda etmiş Balakənli şəhidlərin hər birinin rəngli fotosu, bioqrafik məlumatı və müəllifin onlar üçün yazdığı şeirlər yer alır. Bu kitab yalnız bir nəşr deyil – o, həm də bir xatirə, bir tarix, bir vəfa nümunəsidir.

Qələm sahibi Şaban Daşdəmirov – yazarlıq sahəsində “Şaban Abdulla” imzası ilə tanınan – bu əsəri ilə həm öz yaradıcılıq gücünü, həm də vətənə olan sevgisini bir daha sübut etmişdir. Ona yeni-yeni əsərlər yazmağı, yaradıcılığında uğurlar və ilham arzulayırıq.

                                                    Yeni Balakən

“Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur”.

tədbir
0

23 sentyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur” adlı ədəbi-bədii kompozisiya təşkil olundu.

Tədbirdə mədəniyyət işçiləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mədəniyyət Mərkəzinin foyesində Mərkəzi Kitabxananın hazırladığı kitab sərgisi, eləcə də Mədəniyyət Mərkəzinin filialları və İncəsənət məktəbinin təşkil etdiyi rəsm sərgisi iştirakçıların diqqətinə təqdim olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Çıxış edənlər arasında Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri A.Ağayev, şəhid anaları G.Kərimova və A.Bayramova, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant H.Muradov, Vətən müharibəsi iştirakçısı, Tarix- diyarşünaslıq muzeyinin direktoru T.Musayev və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü R.Xutra olub. Onlar çıxışlarında bu günün həm kədər, həm də qürur günü olduğunu vurğulayaraq, kədərin itirilən övladlar, qardaşlar və dostlarla, qürurun isə onların göstərdiyi igidlik, fədakarlıq və Vətən sevgisi ilə bağlı olduğunu bildiriblər.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik mövzusunda şeirlər ifa edilib, musiqi nömrələri və xoreoqrafik rəqs nümunələri nümayiş olunub.

     Zöhrə Bakeyeva

18 Sentyabr Milli Musiqi Günü. Balakəndə Musiqi Bayramı: Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm tədbir.

Afişa
0

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında və bu münasibətilə də hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. O cümlədən Balakəndə də.

Bu gün Balakən Uşaq İncəsənət məktəbində  “18 Sentyabr Milli Musiqi Günü “,dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə konsert  proqramı təşkil olunaraq böyük tədbir keçirildi. Balakən UİM-nin tədbirləri həmişə  yüksək səviyyədə,gözəl olur.Bu da növbəti gözəlliklərdən idi.Bu il Üzeyir bəyin anadan olmasının 140 illiyi münasibətilə Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir, həm məzmunu, həm də emosional dərinliyi ilə yadda qaldı.Məktəbin müəllim və şagird kollektivinin ifalarında dahi bəstəkarın əsərlərindən parçalar,ona həsr olunmuş şeirlər səsləndirildi,rəqs nömrələri təqdim edildi.Tambur ustası Eldar Hatıyev və onun yetirməsinin ifasında səslənən haylalar isə tədbirə folklor nəfəsi gətirdi.

Məktəbin direktoru Arifə xanım Tağıyevanın təşkilatçılığı,işgüzarlığı,qabiliyyəti,rəhbərliyi sayəsində Balakən UİM nəinki reqionda, hətta respublikada öncülərdəndir..

Baxmayaraq ki,bu gün reqionun bütün rayonlarında milli musiqi günüylə əlaqədar tədbirlər keçirilirdi,Şəki –Zaqatala Reqional Mədəniyyət İdarəsi tam heyətlə Balakən Uşaq İncəsənət məktəbinin qonağı və “Milli Musiqi Günü” tədbirinin iştirakçısı idilər.

Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır, gənc nəsillərə ilham verir. Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən parlaq nümunədir. Musiqi təkcə səslərdən ibarət deyil – o, ruhun dilidir. Balakəndə bu dil bu gün çox gözəl danışdı…

Süni intellekt və musiqinin vəhdəti

Süni intellekt və musiqi
1

Bu gün Balakən Uşaq İncəsənət Məktəbində “Süni intellekt və musiqinin vəhdəti” adlı təlim-dərs xarakterli tədbir keçirildi.

Tədbirdə İncəsənət məktəbinin və digər təhsil müəssisələrinin nümayəndələriylə yanaşı Balakən RİH-dən Aynur xanım və digər qonaqlar iştirak etdilər.Tədbiri ev sahibi olaraq qonaqları salamlayaraq Balakən UİM-in direktoru Arifə Tağıyeva açdı.

Bakıdan gələn Azərbaycanın Xalq Artisti,Bakı Musiqi Akademiyasının baş elmi işçisi,dosent Zümrüd Məmmədova,Beynəlxalq müsabiqələr laureatı,Qara Qarayev təqaüdçüsü, Bakı Musiqi Akademiyasının doktorantı,gənc bəstəkar,bəstəkarlar ittifaqının üzvü İlahə Qismət və bir çox kino musiqilərinin müəllifi, Bakı Musiqi Akademiyasının bəstəkarlıq şöbəsinin müəllimi,gənc bəstəkar Azər Hacıəsgərli Balakən UİM-də “Süni intellekt və musiqinin vəhdəti” adlı ustad dərsi keçdilər.Dəsr sonunda iştirakçılara dərsdən suallar verildi,doğru cavab verənlər hədiyyələrlə mükafatlandırıldılar.

Yeni Balakən

XUTRA RAMAZAN – 77

1

Bu günlərdə həmyerlimiz,tanınmış şair,Azərbaycan YB-nin üzvü,”Qızıl Qələm” mükafatı laureatı Xutra Ramazanın 77 yaşı tamam olur.Bu münasibətlə onunla görüşüb müsahibə aldıq.

-Ramazan müəllim,doğum gününüz münasibətilə sizi təbrik edirik,sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzu edirik.Şərəfli ömür yolu keçibsiniz.Bütün mənalı həyatınızı Vətənə,dövlətimizə və xalqımıza həsr etmisiniz.Bu gün dönüb geriyə baxanda hansı hissləri yaşayırsınız?

-Bəli,Allah Təalanın verdiyi ömrün ahıl payımı da yaşamaq mənə nəsib olub.Həyatımdan razıyam.Ömrümü hədər keçirməmişəm.Cəmiyyətə əməyimin və əməlimin töhvəsini verməyə çalışmışam.Çox şadam ki,əvəzində insanların hüsn-rəğbətini hiss etmişəm.Bu,məni daha məsuliyyətlə və həvəslə yazıb-yaratmağa sövq edir.

-Həyat və yaradıcılığınız haqqında məlumat verməyinizi istərdik.

-Mən 1948-ci il avqustun 17-də Balakən rayonu Şərif kəndində anadan olmuşam.Orta təhsilimi Qabaxçöldə yerləşən Xalatala orta məktəbində almışam.1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun fizika-riyaziyyat fakultəsini bitirib doğma kəndimə riyaziyyat müəllimi göndərilmişəm.Əvvəl təlim – tərbiyə işləri üzrə direktor müavini,sonra həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşam.Hal-hazırda təqaüddəyəm və bədii yaradıcılıqla məşğul oluram.

2018-ci ildən AYB-nin üzvü,7 kitab müəllifiyəm.Respublikanın 20-dən çox mətbu orqanlarında və televiziya kanallarında çıxış edirəm.Haqqımda filmlər çəkilib.23 poemanın müəllifiyəm.

Yaradıcılığım vətənə,doğma torpağıma,gözəlliklər məskəni bölgəmizin füsunkar təbiətinə və bu təbiətin özü qədər gözəl,saf insanlarına olan sevgidən qaynaqlanır.Məhəbbət mövzusu onun bütün təzahürləri ilə əsərlərimin ana xəttini təşkil edir.

İki dildə-Azərbaycan və Avar dillərində yazıb-yaradan Azərbaycanın avar oğluyam.Fəaliyyətimlə bu iki millət arasında canlı körpü yaradıram.

-Şair,bildiyimə görə Qarabağ mövzusunu,xüsusən 1-ci və 2-ci Vətən müharibələri ilə bağlı geniş yaradıcılıq işləriniz var.

-Əlbəttə 30 illik ağrısını yaşadığımız, həsrətin cəkdiyimiz doğma Qarabağ hər bir vətənpərvər  yazarın, o cümlədən mənim də daimi mövzümdur. Bu baxımdan, vətənə, onun ayrılmaz hissəsi olan Qarabağa hədsiz sevgi və can yanğısı ilə qələmə aldığım coxsaylı poema və şeirlər arasında 44 günlükVətən müharibəsini tərənnüm edən əsərlərim xüsusi yer tutur. Sonadək qələmə sarılıb cəbhədə fədakarlıqla döyüşən əsgərlərin sırasında oldum. Qanını mürəkkəb edərək vətən oğullarının qəhramanlığını yazdım. Qısa zaman kəsiyində vətən uğrunda səhid olan igidlərin, gəhramanların, qazilərin döyüş yoluna həsr etdiyim “Qartallar Şuşaya uçur” kitabını arsəyə gətirdim.ı Kitab böyük maraq və sevgi ilə qarşaılandı. Kitaba ön sözü yazan böyük şair-publisist, “Kredo” qazetinin Baş redaktoru, Beynalxalq Rəsul Rza laureatı Əli Rza Xələfli kitabı “Sözün Möhtəşəm abidəsi” adlandırır.

-Yaradıcılığınıza bələd olanlar sizi bahar və gözəllik şairi adlandırır. Şeirlərinizdən bahar təravəti gəlir. Lirikanız çox məlahətli səslənir. Baharı çox sevirsiniz, eləmi?

-Əlbəttə mən anamız təbiətin bakirə qızı olan baharın vurğunuyam, bizi əhatə edən hər şeydə-təbiətdə, insanlarda bahar gözəlliyini görürəm. Baharın gəlişini səbirsizliklə gözləyirəm.İlk bənövşəni görəndə qəlbimə ən ülvi duyğular dolur. Bu duyğular məni ilhama cağırır.

Bahar mənim üçüm tərifə alınmayan ilahi gözəllikdir:

Qoy sözlərim qonsun gülə-çiçəyə,

Bahar ətri gəlsin nəğmələrimdən.

Açım ürəyimi hər gözəlliyə,

Əzəldən gözəllik aşigiyəm mən.

Məni yaşadan da, şeirimə qanad verən də bahardır, gözəllikdir. Yazıram ki,insanlara bu gözəlliyi tövhə verim, sevinc bəxş edim.

İnanıram ana təbiətin füsünkar gözəlliyi, birdə insanların mənəvi gözəlliyi dünyamızı xilas edəcəkdir.

-Ramazan müəllim,siz istedadlı şair olmaqla yanaşı,adlı-sanlı müəllimsiz.Çoxsaylı yetirmələriniz hər sahədə çalışır,bir çoxları davamçılarınızdır.Rəhbərlik etdiyiniz məktəbin xoş sədaları hələ də yayılmadadır.Sizcə müəllim və şair məfhumları bir-biri ilə necə uzlaşır?

-Qismətimə mənəvi dünyamızın təmənnasız sakini olmaq düşüb.Ziyalı adını şərəflə daşıyıram,bununla qürur duyuram.Müəllim adı müqəddəsdir,o,bir yanar günəşdir ki,ziyası bəşər övladının zəkasını nurlandırır.Əslində şair və müəllim anlayışları bir-birini tamamlayır.Çünki hər ikisi yaradıcı fəaliyyətə bağlıdır.Biri zehnin memarıdır,o biri qəlbin.Məşhur alman alimi Veyerştrus deyirdi:”Qəlbən şair olmayan əsl riyaziyyatçı olmaz”.Əgər müəllim kamil insan tərbiyə etmək qayğısıyla yaşayırsa,şair olan isə ürəklərdə humanizm və məhəbbət toxumları səpməyə can atır.Doğma olan hər şeyi tərənnüm etmək necə də gözəldir!

Bütün bunların müqabilində şair zaman-zaman cəmiyyətdən diqqət və qayğı görür.Azərbaycan Xalq Cümhuriyyətinin və Heydər Əliyevin 100 illik medalları ilə təltif olunmuşam.Mahmud Kaşqari adına beynəlxalq fondun və digər mükafatları almışam.

Mən xalqıma və dövlətimə əmin-amanlıq,rifah və əbədi xöşbəxtlik arzulayıram.

-Dəyərli müsahibə üçün təşəkkür edirəm.Uğurlarınız bol olsun!

                                                                           Ramazan Abal.

HANSINDAN DEYİM

Çoxdur bizim yerin zövqü-səfası,

Наnsından söz açım, hansından deyim?

Yaxından, uzaqdan gələr sədası,

Çəmənin, çiçəyin nazından deyim.

Bu dilbər məkana cənnət dedilər,

Təbiət adına afət dedilər,

Qızıl payızına nemət dedilər,

Mən isə bakirə yazından deyim.

Qayaya kök atan qoşa qovaqdan,

Daşlardan süzülən zümrüd bulaqdan,

Dağların qoynunda yaşıl yaylaqdan,

Zirvəsində qarlı qışından deyim.

Bu gözəl diyara zinətdir insan, –

Avarla azəri bir ürək, bir can.

Söz açım mərdindən, qəhrəmanından,

Hünərvər oğlundan, qızından deyim.

Hər evin qapısı qonaq-qaralı,

Analar, gəlinlər əli sayalı,

Dərmandı süfrənin qaymağı,balı,

Sülhülü dadından, duzundan deyim.

Ramazan vurğundur gözəl hüsnünə,

Ulu keçmişinə, hər xoş gününə.

Min hava üstündə köklənib yenə

Sinəmin sözündən, sazındam deyim.

“Ötən ilin son gecəsi”

“Ötən ilin son gecəsi
2

25 avqust 2025-ci il tarixində Balakən rayon Mədəniyyət Mərkəzinin və “ASAN xidmət” Mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı Anar Rzayevin qələmindən ərsəyə gələn “Ötən ilin son gecəsi” əsəri əsasında hazırlanan tamaşa səhnələşdirilərək tamaşaçılara nümayiş etdirilib.

Səhnə əsərinin təqdimatı gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq potensialının üzə çıxarılması, həmçinin mədəniyyətə maraqlarının artırılması məqsədini daşıyıb. Tamaşada iştirak edən gənc könüllülər öz aktyorluq bacarıqlarını nümayiş etdirərək tamaşaçılar tərəfindən alqışlarla qarşılandılar.

Mədəni tədbir gənclərin birliyinə, mədəni mühitdə fəal iştirakına və milli ədəbiyyatımızın görkəmli nümayəndələrinin yaradıcılıq irsinin təbliğinə xidmət edir.

                                                    Yeni Balakən

Balakəndə “Gənclərin Ritmi” adlı tədbir.

Gənclərin Ritmi
1

5 avqust 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkili və onların istedadlarının üzə çıxarılması məqsədilə “Gənclərin Ritmi” adlı əyləncəli konsert proqramı təşkil olundu.

Tədbirdə ümumrespublika bədii qiraət müsabiqəsinin qalibi, aparıcı və aktyor Əliağa Tapdıq və rejissor Emil Hacıyev, həmçinin ADA Universitetinin məzunu Cavidan Əliyeva iştirak etdilər.

Proqram çərçivəsində musiqi nömrələri, milli və müasir rəqslər, şeir kompozisiyaları, gənclərin ifasında mahnılar tamaşaçılara təqdim olundu. Səhnə çıxışları alqışlarla qarşılanıb, gənclərin yaradıcılıq bacarıqları böyük maraq doğurub.

Tədbirin ən maraqlı hissələrindən biri isə viktorina olub. Gənclər müxtəlif mövzularda suallara cavab verərək biliklərini sınadılar. Qaliblərə hədiyyələr təqdim olundu.

Belə tədbirlər gənclərin mədəni inkişafına, ünsiyyət bacarıqlarının formalaşmasına və asudə vaxtlarının səmərəli keçməsinə mühüm töhfə verir.
Zöhrə Bakeyeva