Month: Sentyabr 2025

Balakəndə Təhsilin Təhlükəsizliyi Üzrə Səmimi Görüş: Direktorlar, Rəhbərlər və Polis Bir Arada.

Təhsildə görüş
0

Ölkəmizin bir çox yerində yeni dərs ili bir sıra narahat edici hadisələrlə başlayır.Bu barədə sosial şəbəkələrdə,televiziyada müəyyən görüntüləri də izləyirik.Balakəndə  belə hadisələrə qarşı qabaqlayıc,maarifləndirici işlər aparılır,tədbirlər görülür.Bu mövzuda bu gün Balakən rayonunda,Təhsil sektorunun inzibati binasında Balakən Polis Şöbəsinin,şöbənin rəisi Çingiz Aslanovun təşkilatçılığı,Balakən İcra Hakimiyyətinin başçısı İslam Rzayevin,rayon prokuroru Camal Bağırovun,təhsil sektorunun müdiri Mehparə Murtuzəliyevanın iştirakıyla Balakən rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirildi

“Balakən təhsili bizim qürurumuzdur” — İslam Rzayev.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev tədbiri açaraq təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdi, rayon təhsilinin uğurlarından danışaraq hər zaman Balakən təhsilinin belə xoş xəbərlərini eşitmək,yüksək nəticələrini görmək istədiyini bildirdi.Rəhbər onu da qeyd etdi ki, Balakən rayonu ən çox generalı,Vətən Müharibəsi Qəhrəmanı olan rayondur..Sonra sözü rayon polis şöbəsinin rəisi Çingiz Aslanova verdi.

“Biz bu halların Balakəndə baş verməsinə imkan verməyəcəyik” — Çingiz Aslanov.

Çingiz müəllim çıxışında respublikada bəzi rayonların məktəblərində baş verən,sosial şəbəkələrdə görüntüləri yayılmış  xöş olmayan hadisələr barədə geniş,ətraflı məlumat verdi.Balakən Polis Şöbəsinin belə bir görüşü,tədbiri təşkil etməsində məqsədinin də məhz belə hadisələrin Balakəndə baş verməməsi,qarsının alınması,qabaqlayıcı tədbirlərin görülməsi,məktəb polis əlaqələrinin gücləndirmək,məsələni qarşılıqlı olaraq daim diqqətdə,nəzarətdə saxlamaqdır.Çingiz Aslanov onu da vurğuladı ki,Balakənlilər dövlətə,dövlətçiliyə sədaqətlidirlər.Rəis çıxışında Polis Akademiyasından,bu il Polis Akademiyasına qəbulda Balakənli məzunların göstərdiyi həm kəmiyyətcə həm də keyfiyyətcə yüksək nəticələrdən bəhs etdi.Çingiz müəllim onu da qeyd etdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Daanov Canpolad Alı oğlu Balakənlidir, Balakən şəhər Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu olub.

“Haqqın pozulmasına göz yummarıq” — Camal Bağırov.

Rayon prokuroru Camal Bağırov çıxış edərək Balakən prokurorluğunun da belə məsələlərdə həssas olduğunu,Azərbaycan Respublikasının vətəndaşlarının konstitusion haqlarının,həmçinin təhsil alma haqlarının pozulmamasını diqqətdə saxlayır,haqq və hüquq pozuntularına qarşı ciddi mübarizə apardıqlarını bildirdi.

“Bu tədbir yerində və vacib idi” — Mehparə Murtuzəliyeva.

Tehsil sektorunun müdiri Mehparə Murtuzəliyeva qonaqlara belə gözəl tədbirin təşkili və iştiraklarından dolayı təşəkkür etdi,yerində bir tədbir olduğunu,məktəblərin istənilən neqativ hallara qarşı polis təşkilatıyla birgə mübarizə aparacaqlarını bildirdi.

Rayon rəhbəri İslam Rzayev,polis rəisi Çingiz Aslanov ciddi nizam intizama malik məktəblərə misal çəkərkən birinci Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbi nümunə göstərərək,məktəbin direktoru Şəfiqə Tütünçüyevadan,onun fəaliyyətindən razılıqlarını bildirdilər.

Tədbirdə polis şöbəsi tərəfindən hazırlanmış maarifləndirici videoçarxlar nümayiş etdirildi.Tədbir aşağıdakı mövzuları əhatə edirdi.Mövzular konkret və hədəfli idi:

•             Qadağan olunmuş əşyaların məktəblərə gətirilməsi

•             Erkən nikah və sosial şəbəkə riskləri

•             Hüquqazidd davranışların RPŞ-yə ötürülməsi

•             Məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət

•             Nəzarətsiz sahələrə diqqətin artırılması

•             Müşahidə kameralarının quraşdırılması

•             Təhsildən yayınan şagirdlərin evlərdə araşdırılması

•             Risq qrupuna daxil olan şagirdlərin nəzarətə götürülməsi

•             Kriminal aləmə meyilli davranışların aşkarlanması

Təhsil təkcə öyrətmək deyil, qorumaqdır.

Balakəndə keçirilən bu tədbir bir daha göstərdi ki, təhsil təkcə dərs proqramı ilə məhdudlaşmır. O, gənclərin təhlükəsizliyi, hüquqlarının qorunması və sağlam gələcəyinin təminatıdır. Polis, prokurorluq, icra hakimiyyəti və təhsil sektoru bir masa ətrafında toplaşaraq bu məsuliyyəti bölüşdülər.

Bu görüş — sadəcə bir tədbir deyil, bir çağırışdır. Çağırış o valideynədir ki, övladının davranışına biganə qalmasın. Çağırış o müəllimədir ki, sinifdəki hər baxışın arxasında bir hekayə olduğunu unutmasın. Çağırış o cəmiyyətədir ki, gənclərin gələcəyinə sahib çıxsın…

                                                                                    Ramazan Abal

“44 Günlük Savaşda Balakən Fədailəri” – Qəhrəmanlıqla dolu bir kitabın təqdimatı

“44 Günlük Savaşda Balakən Fəailəri”
0

Bu gün Balakən Mədəniyyət Mərkəzi daha bir mənalı tədbirə ev sahibliyi etdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı, hərbiçi mayor Şaban Daşdəmirovun qələmindən çıxan “44 Günlük Savaşda Balakən Fədailəri” adlı kitabın təqdimat mərasimi keçirildi.

Tədbirdə şəhid ailələri, qazilər, Qarabağ müharibəsi veteranları, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil və digər sahələrdən qonaqlar iştirak etdilər. Kitaba önsöz yazan tanınmış tarixçi alim Akif Məmmədlinin çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Digər natiqlər də kitabın məzmunu, mövzunun əhəmiyyəti və müəllifin yaradıcılığı haqqında geniş çıxışlar etdilər.

Kitab Mingəçevir Poliqrafiya Mərkəzində çap olunmuş, yüksək zövqlə hazırlanmışdır. Təcrübəli dizayner Rübabə xanımın dizaynı və müəllifin ideyası əsasında ərsəyə gələn bu nəşrdə 44 günlük Vətən müharibəsində igidlik göstərərək canlarını fəda etmiş Balakənli şəhidlərin hər birinin rəngli fotosu, bioqrafik məlumatı və müəllifin onlar üçün yazdığı şeirlər yer alır. Bu kitab yalnız bir nəşr deyil – o, həm də bir xatirə, bir tarix, bir vəfa nümunəsidir.

Qələm sahibi Şaban Daşdəmirov – yazarlıq sahəsində “Şaban Abdulla” imzası ilə tanınan – bu əsəri ilə həm öz yaradıcılıq gücünü, həm də vətənə olan sevgisini bir daha sübut etmişdir. Ona yeni-yeni əsərlər yazmağı, yaradıcılığında uğurlar və ilham arzulayırıq.

                                                    Yeni Balakən

“Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur”.

tədbir
0

23 sentyabr 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə, “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində “Şəhidlik zirvəsi – Vətənə sevgidən doğan qürur” adlı ədəbi-bədii kompozisiya təşkil olundu.

Tədbirdə mədəniyyət işçiləri, Birinci və İkinci Qarabağ müharibəsi şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mədəniyyət Mərkəzinin foyesində Mərkəzi Kitabxananın hazırladığı kitab sərgisi, eləcə də Mədəniyyət Mərkəzinin filialları və İncəsənət məktəbinin təşkil etdiyi rəsm sərgisi iştirakçıların diqqətinə təqdim olunub.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Çıxış edənlər arasında Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri A.Ağayev, şəhid anaları G.Kərimova və A.Bayramova, Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant H.Muradov, Vətən müharibəsi iştirakçısı, Tarix- diyarşünaslıq muzeyinin direktoru T.Musayev və şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü R.Xutra olub. Onlar çıxışlarında bu günün həm kədər, həm də qürur günü olduğunu vurğulayaraq, kədərin itirilən övladlar, qardaşlar və dostlarla, qürurun isə onların göstərdiyi igidlik, fədakarlıq və Vətən sevgisi ilə bağlı olduğunu bildiriblər.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik mövzusunda şeirlər ifa edilib, musiqi nömrələri və xoreoqrafik rəqs nümunələri nümayiş olunub.

     Zöhrə Bakeyeva

Qəza Bərpa Xidməti nümunəvi xidmət edir.

Kanalizasiya xəttinin təmiri
0

Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin Qəza Bərpa Xidməti,xidmətin sahə rəisi Səfa Dibirov və komandası iş başında..

Şəkildə:Qəza Bərpa Xidməti C.Məmmədquluzadə küçəsində kanalizasiya xəttini təmir edərkən.

Dövlət Suverenliyi Gününə həsr olunmuş Xəmsə bilik yarışı – Balakəndə gənclərin zəfəri

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təşəbbüsü, Gənclər və İdman İdarəsi, eləcə də rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblər arasında “Xəmsə” intellektual bilik yarışı keçirildi. Yarışda rayonun müxtəlif məktəblərindən bilikli, savadlı və fəal gənclər iştirak edərək öz intellektual bacarıqlarını nümayiş etdirdilər. Tədbirin təşkilində YAP Balakən rayon təşkilatının sədri Azad Balayevin təşəbbüskarlığı xüsusi qeyd olunmalıdır. Gənclərin bilik və savada yönləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlı yetişməsi istiqamətində görülən bu cür tədbirlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə də səsləşir. Bu, rayonun və ümumilikdə respublikanın gələcəyinə atılan strateji və mənəvi baxımdan dəyərli addımlardandır. YAP Balakən təşkilatı, gənclərə verilən siyasi və mənəvi dəstəyin ünvanı olaraq, tədbirin sonunda ənənəsinə sadiq qalaraq partiya sıralarına yeni qəbul olunmuş gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim etdi. Bu, gənclərin ictimai-siyasi həyata daha fəal şəkildə cəlb olunmasına, onların vətənə və dövlətə bağlılıq ruhunda yetişməsinə xidmət edən mühüm bir mərhələdir. Xəmsə bilik yarışı
0

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Balakən rayonunda gənclərin iştirakı ilə mənalı və maarifləndirici tədbir təşkil olundu.

Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təşəbbüsü, Gənclər və İdman İdarəsi, eləcə də rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə məktəblər arasında “Xəmsə” intellektual bilik yarışı keçirildi. Yarışda rayonun müxtəlif məktəblərindən bilikli, savadlı və fəal gənclər iştirak edərək öz intellektual bacarıqlarını nümayiş etdirdilər.

Tədbirin təşkilində YAP Balakən rayon təşkilatının sədri Azad Balayevin təşəbbüskarlığı xüsusi qeyd olunmalıdır. Gənclərin bilik və savada yönləndirilməsi, onların milli-mənəvi dəyərlərə bağlı yetişməsi istiqamətində görülən bu cür tədbirlər 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə də səsləşir. Bu, rayonun və ümumilikdə respublikanın gələcəyinə atılan strateji və mənəvi baxımdan dəyərli addımlardandır.

YAP Balakən təşkilatı, gənclərə verilən siyasi və mənəvi dəstəyin ünvanı olaraq, tədbirin sonunda ənənəsinə sadiq qalaraq partiya sıralarına yeni qəbul olunmuş gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim etdi. Bu, gənclərin ictimai-siyasi həyata daha fəal şəkildə cəlb olunmasına, onların vətənə və dövlətə bağlılıq ruhunda yetişməsinə xidmət edən mühüm bir mərhələdir.

                                                                                  Yeni Balakən

Balakən rayonunda Dövlət Suverenliyi Günü qeyd edildi.

Dövlət suverenliyi günü
0

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və gənclər iştirak etdilər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan icra başçısı İslam Rzayev  Dövlət Suverenliyi Gününün əhəmiyyətindən danışaraq qeyd edib ki, bu il Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu, eyni zamanda Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümüdür. Dövlətimizin bugünkü gücü və qalib mövqeyi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və həmin siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində formalaşıb. 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli Ordumuzun qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Şanlı bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. 

Rayon rəhbəri bildirib ki, 2024-cü il 19 sentyabr tarixdə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başlayıb. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin zirvəsidir. Xalqımızın 30 ildən artıq davam edən mübarizəsinin məntiqi yekunu, həm də qəhrəmanlıqla yazılan tariximizin rəsmi dövlət səviyyəsində əbədiləşdirilməsidir. 20 sentyabr – Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür.

Daha sonra çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıb. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildirib.

Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdi.

                                        Yeni Balakən

18 Sentyabr Milli Musiqi Günü. Balakəndə Musiqi Bayramı: Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş möhtəşəm tədbir.

Afişa
0

18 sentyabr – Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında və bu münasibətilə də hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. O cümlədən Balakəndə də.

Bu gün Balakən Uşaq İncəsənət məktəbində  “18 Sentyabr Milli Musiqi Günü “,dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə konsert  proqramı təşkil olunaraq böyük tədbir keçirildi. Balakən UİM-nin tədbirləri həmişə  yüksək səviyyədə,gözəl olur.Bu da növbəti gözəlliklərdən idi.Bu il Üzeyir bəyin anadan olmasının 140 illiyi münasibətilə Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir, həm məzmunu, həm də emosional dərinliyi ilə yadda qaldı.Məktəbin müəllim və şagird kollektivinin ifalarında dahi bəstəkarın əsərlərindən parçalar,ona həsr olunmuş şeirlər səsləndirildi,rəqs nömrələri təqdim edildi.Tambur ustası Eldar Hatıyev və onun yetirməsinin ifasında səslənən haylalar isə tədbirə folklor nəfəsi gətirdi.

Məktəbin direktoru Arifə xanım Tağıyevanın təşkilatçılığı,işgüzarlığı,qabiliyyəti,rəhbərliyi sayəsində Balakən UİM nəinki reqionda, hətta respublikada öncülərdəndir..

Baxmayaraq ki,bu gün reqionun bütün rayonlarında milli musiqi günüylə əlaqədar tədbirlər keçirilirdi,Şəki –Zaqatala Reqional Mədəniyyət İdarəsi tam heyətlə Balakən Uşaq İncəsənət məktəbinin qonağı və “Milli Musiqi Günü” tədbirinin iştirakçısı idilər.

Üzeyir Hacıbəylinin irsi bu gün də yaşayır, gənc nəsillərə ilham verir. Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbir bu irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən parlaq nümunədir. Musiqi təkcə səslərdən ibarət deyil – o, ruhun dilidir. Balakəndə bu dil bu gün çox gözəl danışdı…

Qarahacılı kənd tam orta məktəbində Bilik Günü sevinci

Qarahacılı məktəbi bilik günü
0

15 sentyabr – yeni dərs ilinin başlanğıcı Qarahacılı kənd tam orta məktəbində bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Katex ərazi dairəsində yerləşən bu məktəbdə Bilik Günü tədbiri balaca şagirdlərin sevincinə, müəllimlərin qüruruna və valideynlərin ümidinə çevrildi.

201 şagirdin təhsil aldığı məktəbdə bu il 9 nəfər birinci sinifə qədəm qoyub. Katexdəki 5 məktəbi nəzərə alsaq, bu rəqəm bölgə üçün tamamilə normaldır. Məktəbin uğurları isə təkcə bu günlə məhdudlaşmır – 2025-ci ilin məzunlarından 13 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunaraq Qarahacılı məktəbinin təhsil uğurlarına yeni səhifə əlavə ediblər.

 Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükutla başladı. Məktəbin yeni təyin olunmuş direktoru Samirə xanım Varansova tədbiri açaraq qonaqları, müəllim və şagird kollektivini salamladı. O, çıxışında yeni kollektivindən ümidli olduğunu, birlikdə böyük uğurlara imza atacaqlarına inandığını vurğuladı.

 Tədbirdə iştirak edən siyasi rəhbər, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, şəhid atası Azər Təmirov və təhsil sektorunun nümayəndəsi Lamiyə Xoşbəxova da çıxış edərək Qarahacılı məktəbinin şagird və müəllimlərini yeni dərs ili münasibətilə təbrik etdilər, onlara təhsildə və tədrisdə uğurlar arzuladılar.

  Samirə xanım Varansova bu vəzifəyə gəlməzdən əvvəl Nəsimi adına Balakən şəhər 2 saylı tam orta məktəbin direktoru kimi fəaliyyət göstərib. Həmin məktəbin bir çox uğurları məhz onun rəhbərliyi dövrünə təsadüf edir. Şəhər məktəbində qazandığı hörmət və idarəetmə təcrübəsi ilə Samirə müəllimənin Qarahacılı kənd məktəbinə də yeni nəfəs, yeni inkişaf mərhələsi gətirəcəyinə inanırıq.

Bu gün Qarahacılı məktəbi yeni bir başlanğıcın astanasındadır. Samirə xanımın rəhbərliyi ilə bu təhsil ocağının daha böyük uğurlara imza atacağına, bölgənin nümunəvi məktəblərindən birinə çevriləcəyinə ümid edirik.

Yeni dərs ili mübarək, Qarahacılı məktəbi! Uğurlarınız daim olsun!

Balakən rayonu İmadəddin Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə Bilik Günü qeyd olundu.

Təbrik edir
0

15 sentyabrda Balakən şəhərində yerləşən İmadəddin Nəsimi adına 2 saylı tam orta məktəbdə Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. 748 şagirdin təhsil aldığı bu məktəbdə yeni dərs ilinin başlanması münasibətilə Dövlət Himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktor səlahiyyətlərini icra edən İlahə Şirinova tədbiri açaraq məktəbin uğurlarından danışdı,bu il məktəbi btirən məzunlardan ali məktəblərə qəbul üçün sənəd verənlərin böyük əksəriyyətinin tələbə adını qazandığını bildirdi. Daha sonra sözü qonaqlara verdi.Tədbirdə iştirak edən qonaqlardan Balakən RİH başçısının birinci müavini Turan Dibirov çıxışında özünün də bu məktəbin məzunu olduğunu,bu il bir övladının 4-cü sinifi bitirdiyini,digər övladının isə birinci sinifə qədəm qoyduğunu bildirərək şagirdlərə və müəllimlərə uğurlar arzuladı..

Digər qonaqlardan Təhsil Sektorunun nümayəndəsi Günel Hacıyeva,qocaman müəllimlərdən Akif Məmmədli,igid,qəhrəman şəhidimiz Cavid Yüzbaşıyevin anası Aynur xanım Bayramova çıxış edərək yeni dərs ilində şagirdləri,müəllimləri təbrik etdilər..

Məktəbin 6-cı sinif şagirdi,bu ilki SASMO bilik yarışmasının qalibi Leyla Əlizadənin çıxışı alqışlarla qarşılandı.

Bu il Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə 1-ci sinifə qədəm qoyan 94 uşaq şagird

adını alaraq məktəb həyatına başladı..

Balakəndə Bilik Günü coşqu ilə qeyd olundu

Bilik günü
0

15 sentyabr – Bilik Günü münasibətilə Balakənin bütün ümumtəhsil müəssisələrində ilk zəng səsləndi. Kimisi bir sinif yuxarı keçdi, kimisi isə ilk dəfə məktəb həyatı ilə tanış oldu. Bu gün, şagirdlərin, müəllimlərin və valideynlərin yaddaşında sevinc dolu anlarla qalacaq.

2200-dən çox şagirdin təhsil aldığı Nizami Gəncəvi adına Balakən şəhər 1 saylı tam orta məktəbdə də Bilik Günü münasibətilə təntənəli tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbiri məktəbin direktoru Şəfiqə Tütünçüyeva açaraq məktəbin son illərdəki uğurlarından bəhs etdi. O, olimpiada və müsabiqələrdə fərqlənən şagirdləri iştirakçılara təqdim edərək onların nailiyyətlərini vurğuladı.

Tədbirdə iştirak edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Sektorunun müdiri Mehparə Murtuzəliyeva yeni dərs ilinə başlayan şagirdləri və müəllimləri təbrik edərək onlara uğurlar arzuladılar. Şagirdlərin ifasında səslənən mahnılar, şeirlər və rəqs nömrələri alqışlarla qarşılandı.

Qonaqlar müsabiqə qalibləri ilə xatirə şəkli çəkdirdikdən sonra bir neçə sinfin, o cümlədən 4a rus sinfinin ilk dərsində iştirak etdilər. Sinif rəhbəri Esmira Firudin qızı ilk dərsi Azərbaycan Respublikasının Konstitusiyasına həsr edərək, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan edildiyini vurğuladı və bu mövzu ilə bağlı şagirdlərə geniş məlumat verdi.

Yeni dərs ili Balakəndə ümid və sevinc dolu notlarla başladı.