Month: İyul 2025

Bakı-Balakən qatarının hərəkət qrafikində müvəqqəti, kiçik dəyişiklik oldu.

0

Azərbaycan Dəmir Yolları QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib.
Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.

Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.

Balacalar üçün Yay məktəbi -”Pöhrə”

1

İyun ayının 15-dən etibarən,“Pöhrə” Təlim və İnkişaf Mərkəzində yay məktəbi fəaliyyətə başlamışdır.Həftənin beş günü,saat 09:00-dan 17:00-dək fəaliyyət göstərən Yay məktəbində gimnastika,informatika,ingilis və rus dili dərsləri,riyaziyyat,məntiq dərsləri,musiqi dərsləri,müxtəlif master klasslar keçirilir.Balanslı idman və gimnastika,informatika və digər fənlər ixtisaslı müəllimlər tərəfindən keçirilir.Uşaqlar üçün maraqlı yay əyləncələri təşkil olunur.Bu gün də həmən əyləncələrdən biri keçirildi.Uşaqlar üçün dondurma festivalı təşkil olunmuşdu.Uşaqlar bu festivalda çox əyləndilər,özləri müxtəlif meyvəli dondurmalar hazırladılar.Onlara alış-veriş mədəniyyətilə yanaşı çoxluq olan zaman növbədə dayanmaq qaydaları öyrədildi.Balacalar növbə ilə gah satıcı,gah da alıcı olurdular.Mədəni şəkildə müraciət etməyi,sonda isə təşəkkür etməyi öyrənirdilər.Dünən də master klass proqramında kap keklər hazırlamışdılar.”Pöhrədəki” müəllimlərinin sayəsində balacaların o məkanda yaratdığı bu abı-havanı gördükdə sanki dünyanın ən mədəni,inkişaf etmiş,yüksək sivilizasiyaya malik ölkəsinin kiçicik bir şəhərciyində hiss edirsən özünü..

Uşaqlar gündəlik müxtəlif fəaliyyətlərlə məşğul olur,günləri maraqlı,faydalı keçirirlər, eyni zamanda onlar yay tapşırıqlarını yerinə yetirir,hər uşaq öz sinfinə uyğun dərs materialları ilə məşğul olur,bilikləri təkrarlanır, ibtidai sinif təkmilləşdirmə aparılır,onları növbəti dərs ilinə hazırlayırlar.Bununla yanaşı maraqlı ekskursiyalar təşkil olunur, gəzintiyə çıxırlar.

Gün ərzində üç dəfə orqanik (təbii) qida (yemək) ilə təmin olunurlar.

“Pöhrə” Təlim və İnkişaf Mərkəzi sözün həqiqi mənasında yüksək xidmət göstərir.Övladını etibarlı əllərə və arzularına əmanət edir,onu gözəl gələcəyə aparan yola salırsan, hər səhər..

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var.

0

Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir.
Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakida keçirilmişdi.İqtisadi Əməkdaşlıq Təşkilatı 1985 -ci ildə üç ölkənin -İran,Pakistan və Türkiyənin Təşəbbüsü ilə yaradılıb.Təşkilatın əsas məqsədi redional iqtisadi əməkdaşlığı genişləndirmək və nəqliyyat infrastrukturunu dərinləşdirmək idi.

Sovet İttifaqı dağılandan sonra İƏT -in əhatə dairəsi xeyli genişləndi.Mərkəzi Asiya ölkələri -Qazaxıstan,Qirğızistan,Özbəkistan və Tacikistan bu təşkilata üzv olublar.Qafqaz regionundan Azərbaycan 1992-ci ildən İƏT-ın üzvləri sırasına daxildir.Bu genişlənmə təşkilata siyasi baxımdan yeni imkanlar qazandırdı.Azərbaycan bu proseslərdə fəal iştirakla regionun ən strateji coğrafi mövqedə yerləşən ölkə kimi ön plana cıxdı.Ən əsası isə budur ki, Azərbaycan bu təşkilatı yalnız iqtisadi funksiyaları yerinə yetirən bir qurum kimi görmür.
Bakı üçün bu qrum ölkənin öz siyasi modelini ,sabitlik yanaşmasını ,regional baxışını üzv ölkələrə ötürmək üçün yaxşı bir platformadır.Artıq Azərbaycanın təşəbbüsü ilə bir çox beynəlxalq tədbirlər keçirilir.
Ölkəmizin təşəbbüsü ilə İƏT çərçivəsində indiyədək bir sıra mühüm layihələr həyata keçirilib. Bakı şəhərində təşkilatın bir neçə yüksək səviyyəli sammitinə və nazirlər görüşünə ev sahibliyi gerçəkləşdirilərək respublikamızın regional əməkdaşlıqda fəal mövqeyi nümayiş etdirilib.
Azərbaycan zəngin enerji resurslarına malik ölkə olaraq İƏT məkanında enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaşdır. Neft, qaz və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr təşkilatın üzv dövlətləri ilə enerji əməkdaşlığını gücləndirir. Azərbaycan qazının TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql edilməsi İƏT-in üzvü olan Türkiyə və digər region ölkələri üçün enerji təchizatında alternativ marşrutların açılmasına şərait yaradır.
Bununla yanaşı, ölkəmiz bərpa olunan enerji sahəsində də təcrübəsini paylaşaraq “yaşıl” enerji təşəbbüslərinin dəstəklənməsində fəal iştirak edir. İƏT-in dayanıqlı inkişaf gündəliyinə uyğun olaraq Azərbaycan ekologiya, iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində də birgə təşəbbüsləri dəstəkləyir.
“Yaşıl enerji zonası” elan olunan Qarabağ və Şərqi Zəngəzur bölgələri bu baxımdan potensial əməkdaşlıq məkanları kimi diqqət çəkir. Bundan əlavə, rəqəmsallaşma və innovasiya sahəsində Azərbaycanın təcrübəsi təşkilatın digər üzvləri üçün nümunəvi model rolunu oynaya bilər. Elektron hökumət, vergi islahatları və biznes mühiti üzrə modern yanaşmalar üzv dövlətlərlə paylaşılaraq qarşılıqlı öyrənməyə zəmin yaradır.

Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü.
Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. İyulun 4-də Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə Görüşündə yuxarıda vurğulanan məsələlər ətrafında geniş bəhs olunub.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İƏT-in işində həmişə fəal iştirak etdiyi, bu təşkilata üzv ölkələrlə əlaqələrin inkişafının daim diqqət mərkəzində saxlanıldığı, keçən il tarixdə ilk dəfə olaraq qurum məkanında COP29 konfransının reallaşdırıldığı, habelə həmin toplantıda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasının razılaşdırıldığı, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirildiyi diqqətə çatdırılıb.
Deputat Nəsib Məhəməliyev

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

Azərbaycan Teatr Xadimləri İttifaqının xadimləri ilə görüş

0

2025-il iyun ayının 30-da Şəki Heydər Əliyev Mərkəzində, Azərbaycan Teatr Xadimləri İttifaqının xadimləri Şəki Zaqatala regional Mədəniyyət İdarəsinin tabeliyində olan əməkdaşlarla görüş keçirdi. Görüşdə Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın Xalq Artisti, Teatr və Kino aktyoru Hacı İsmayılov, Xalq artisti, “İlham” miniatür teatrının direktoru, ADMİU-nin “Musiqili Teatr aktyoru” kafedrasının müdiri İlham Namiq Kamal,
ADMİU-nin “Teatr/Kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, 3-cü dərəcəli “Əmək” ordenli professor, “Sənətkar” medalı laureatı, tanınmış aktyor və bədii qiraətçi Azad Şükürov,
Xalq artisti, Akademik Milli Dram Teatrının baş rejissoru işləmiş hal-hazırda Bakı Bələdiyyə Teatrının Baş rejissoru Mərasim Fərzəlibəyov,Əməkdar Mədəniyyət xadimi, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov və bir sıra tanınmış teatr və kino xadimləri iştirak ediblər. Bu sahədə xidməti olan bəzi Mədəniyyət işçiləri Teatr Xadimləri İttifaqının Fəxri Fərmanları ilə təltif edilib.Xoş haldır ki,təltif olunanların arasında məşhur “Qara Volqa” filminin baş rolların ifaçılarında biri, Balakənlimiz olan tanınmış aktyor,bədii qiraətçi,Balakən Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev də var.

Arzu Ocaqverdiyev tear sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının “Fəxri Fərman”ları ilə təltif olunub.Balakən mədəniyyəti, ölkə mədəniyyətinin bir çox sahələrində özünəməxsus yeri ilə seçilir,fərqlənir.Təbii ki,bu uğurların arxasında mədəniyyət sahəsindən anlayan Arzu müəllim kimi və digər peşəkar əməkdaşların zəhməti,əziyyəti,sənəti,fəaliyyəti durur..

Arzu Ocaqverdiyevi rayonumuz adından təbrik edir,işində,fəaliyyətində uğurlar diləyirik.Səsi,sorağı həmişə yüksəklərdən,təltiflərdən gəlsin.

Rusiyaya yeni giriş qaydalrı barədə

Xəbər verildiyi kimi, Rusiyaya vizasız getmək hüququ olan xarici vətəndaşlardan ölkəyə giriş üçün QR kodu tələb olunacaq.

Belə ki, iyunun 30-dan etibarən Rusiyaya vizasız daxil olmaq istəyənlər “Gosuslugi RuID” vasitəsilə əvvəlcədən QR kodu əldə etməlidirlər.

Rusiyaya səyahətdən ən azı 3 gün əvvəl qeydiyyat tələb olunur: məlumatlarınızı, marşrutunuzu, səfər məqsədinizi daxil etməli və xarici pasportun şəkli,biometrik şəkil,3 variantda sistemin göstərdiyi şəkilləri rusca səsləndirərək səs yükləməlisiniz. Xarici vətəndaş fövqəladə hallarda girişdən 4 saat əvvəl də qeydiyyatdan keçə bilər,zərurəti yaradan sənədləri təqdim etmək şərtilə.

QR kod 90 gün ərzində etibarlıdır.Pilot rejim 2026-cı ilin iyun ayına qədər davam edəcək.

P.S. Bu layihə experimentaldır. Sınaq rejimindədir.Vətəndaş tərəfdən doldurulması könüllüdür.Rusiya dövləti tərəfindən məcburiyyət yoxdur.Əsasən quru sərhədlərindən giriş üçün nəzərdə tutulur,çünki hava yollarından girişdən öncə (qabaqcadan alınmış bilet vasitəsilə) gələn şəxs haqda məlumatlar sistemdə olur.