Bir neçə il əvvəl Axundov küçəsinin sakinləri küçələrinin asfalt örtüyünün xarab olmasından,çala-çuxurların çoxluğundan,gecə işıqlanmasının yoxluğundan şikayətlənmişdilər.Mətbuat olaraq bu məsələni işıqlandırmışdıq.Sonra məsələyə baxıldı,küçə öncə qazılaraq su xətləri yeniləndi.Yenilənən su xətlərinin üzəri bir xeyli müddət örtülməsə də sonradan örtülərək küçənin tamamı asfaltlandı.Çox da qəşənq görünür,indi də.Sakinlər sevindilər hətta mətbuat vasitəsilə əməyi keçənlərə təşəkkür də etdilər.Və gözlədilər gecə işıqlanmasına başlanılsın,tamamlansın,gecələri də “ağ günə” çıxsınlar.Gecə işıqlanmasının quraşdırılması başladı küçənin o başından,H.Əliyev prospekti tərəfdən.Ta gəldilər, Axundov küçəsinin C.Məmmədquluzadə küçəsiylə kəsişməsində sanki qarşılarından “qara pişik” keçdi.O gün,bu gündü,aradan ildən çox vaxt keçir iş dayanıb.Küçənin 40%-i gecə işıqlanması ilə təmin olub şəhərsayağı,qalan 60%-i,küçənin sonuna, S.Vurğun küçəsinə qədər ərazidə yaşayan sakinlər qalıb gecənin əsarətində.Küçənin qalanının sakinləri deyir ki:-Bəs biz adam deyilik?..Küçəmizin qalanı nə vaxt aydınlanacaq?


