İdman

0

Hörmətli Balakənlilər.

04.05.2025-tarixdə Balakən Olimpiya İdman Kompleksində SSRİ idman ustası olmuş,mərhum Əhməd Xalavasovun xatirəsinə “Təknə” idman klubunun təşkilatçılığında sərbəst güləş növü üzrə açıq Respublika turniri keçiriləcək.Respublikanın hər yerindən 350 nəfərə yaxın idmançılar beynəlxalq dərəcəli hakimlərin idarəçiliyində yarışacaq,birincilik uğrunda mübarizə aparacaqlar.Əhməd müəllimin ailə üzvlərinin dəstəyini də nəzərə aldıqda qalibləri böyük mükafatlar gözləyir.

Məqsəd, bu gün bir çox yetirmələri ölkə və dünya səviyyəsində tanınan,yer tutmuş idman ustası Əhməd Xalavasovun xatirəsini əbədiləşdirmək,rayonda idmanın,o cümlədən sərbəst güləş növünü inkişat etdirmək,idmana maraq yaratmaqdır.

Bu gözəl idman tədbirinə hamılıqla dəstək olmaq lazımdır.Dəstəyiniz, tədbirdə tamaşaçı qismində iştirak etməniyinizdir.Ödənişsizdir.Reklam qəbul olunur,iş adamları biznesini reklam edə bilərlər banner reklamı vasitəsilə.

Hər kəs tədbirə dəvətlidir.Buyurun gəlin,güləşçilərimizə,idmana dəstək olun,yarıışdan zövq alın.

Səhiyyə

2

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanası

Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanasında həyat vardı.Sözün əsl mənasında bir sıra sahələrdə çox yüksək tibbi xidmət göstərilir,o cümlədən cərrahiyə şöbəsinə,doktor cərrah Herayevin qəbuluna,əməliyyat olunmaq üçün nəinki Balakəndən,qonşu rayonlardan,hətta Gürcüstan Respublikasından da xəstələr gəlirdi.Bir gündə 14-15 cərrahi əməliyyat həyata keçirilirdi..Sonralar baxımsızlıqdan,təmir üçün yetərli vəsait ayrılmadığından xəstəxana,özəlliklə o məhşur cərrahiyə şöbəsi və digər yerlər uçub tökülməyə,dağılmağa başladı.Bu haqda rəsmi səviyyədə çox müraciətlər olunub Səhiyyə Nazirliyinə,hətta millət vəkili Nəsib müəllim Qabaxçöl qəsəbə xəstəxanasının bərbad vəziyyətini əks etdirən foto albom hazırladaraq nüsxələrini Səhiyyə, Maliyyə, İqtisadi İnkşaf Nazirliklərinə,Baş Nazirə təqdim edərək müraciət etmişdi.O müraciətdən sonra işə başlanılmış,ilkin olaraq yeni xəstəxananın layihəsi üçün vəsait ayrılmış,mütəxəssislər yerlə tanış olmaq üçün Balakəndə,Qabaxçöl qəsəbəsində olmuşlar.Sonra II Qarabağ Müharibəsi başladı,bu işlər dayandı.O dayanan hələ dayanıb amma ümid var..

Balakən RMX-nın Publik Hüquqi Şəxsi,direktor Dilbər xanım Quliyeva aidiyyatı təşkilatlara İTS,TƏBİB,Səhiyyə Nazirliyinə müraciət edərək mövcud vəziyyəti,tələbatı,çətinliyi və real imkanları onlarla məsləhətləşərək,razılaşdıraraq Qabaxçöl xəstəxanasına bir həyat nişanəsi,ilk olaraq iki sahə üzrə xidmət gətirdi.Beləliklə rayonun Qabaqcöl qəsəbə xəstəxanasında ASM-də qan alma və ginekoloji müayinə xidmətlərinə start verilib.Bu münasibətlə Qabaxçöl qəsəbəsə xəstəxanasında tədbir keçirildi.Tədbirdə Balakən rayon mərkəzi xəstəxanasının direktoru Dilbər Quliyeva, xəstəxananın İSX şöbə müdiri Cənnət Mustafayeva, xəstə xidmətləri şöbə müdiri Zülfira Ömərova, ASM mama-ginekoloqu Lalə Tinayeva, həkim laborant Aksana Ramazanova və tibb bacıları iştirak edib.Hələlik mövcud imkanlarla həftənin 2-ci və 4-cü günlərində analiz nümunələri alınacaq və ayda bir dəfə mərkəzi xəstəxananın ginekoloqu Lalə Tinayeva tərəfindən ginekoloji müayinə keçiriləcək.Qəsəbənin uzaqlığını nəzərə alaraq, TƏBİB-in belə şərait yaratması yerli əhaliyə həkim xidmətlərinə daha asan çatma imkanı təmin edir.

Tədbir, əhali arasında sağlamlıq problemlərinin erkən diaqnozunu qoymaq və müalicə proseslərini daha effektiv şəkildə həyata keçirmək məqsədini güdür. Bu addım, yerli sakinlərin sağlamlıq vəziyyətlərini izləmələri və vaxtında müalicə alma imkanlarını artıracaq.Bununla yanaşı vətəndaş bəzi xərclərinə qənaət edəcək,eyni zamanda Balakən RMX-da sıxlığı azaldacaq.Ağılla görülən işlər hər zaman gözəldir..

Yeni Balakən

Media

0

Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Aprelin 11-də Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.Balakən RİH-in başçısı İslam Rzayevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə məsul şəxslər, bələdiyyə sədrləri və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Rayon rəhbəri Prezident İlham Əliyevin respublikamızın tərəqqisi və xalqımızın əminəmanlığı naminə yürütdüyü uğurlu daxili və xarici siyasətdən, ölkəmizin hərbi qüdrətindən, ictimai-siyasi sabitliyindən, dinamik sosial-iqtisadi inkişafından söz açıb. İcra başçısı qarşıda duran vəzifələrdən danışıb, iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb.
Şura iclasında RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin bələdiyyələrlə birgə fəaliyyəti, kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində qarşıda duran vəzifələr, rayonda təhsil və təlimin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş işlər müzakirə olunub.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərif rayonda kənd təsərrüfatı, o cümlədən baramaçılığın inkişafı sahəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, barama istehsalçıları, tədarükçüləri və emal müəssisələri arasında kooperasiyanın dəstəklənməsi, həmçinin barama istehsalı və emalına yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
İcra başçısı İslam Rzayev Balakən rayonunda ilbəil təhsilin keyfiyyətinin yüksəldiyini, hər il yeni uğurlarlar və nailiyyətlərin əldə edildiyini bildirib. Qeyd olunub ki, rayon ümumtəhsil məktəblərinin şagirdləri respublika fənn olimpiadalarında, “Sabahın alimləri” respublika müsabiqəsində, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr qazanıblar. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki rayon təhsil sektorlarının buraxılış imtahanı nəticələrinə əsasən formalaşmış reytinq siyahısında Balakən rayonu IX və XI siniflər üzrə müvafiq olaraq üçüncü və ikinci yerdə qərarlaşıb. 2023/2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında 25 nəfər 500-dən, 12 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Tədris ilinin yekunlarına görə 1 nəfər məzun qızıl nişana layiq görülüb. Eyni zamanda tam orta təhsil səviyyəsi üzrə 36 nəfər, ümumi orta təhsil səviyyəsi üzrə 27 nəfər fərqlənmə attestatı alıb.
Rayon rəhbəri vurğulayıb ki, bu uğurların əldə edilməsində rayonun təhsil sektoru tərəfindən həyata keçirilən tədbirlərin və məqsədyönlü fəaliyyətin mühüm əhəmiyyəti vardır.
Son bir ildə rayonda təhsil sahəsində uğurların əldə edildiyi, təlimin keyfiyyətinin yüksəldilməsi üçün əməli tədbirlərin görüldüyü, qanunvericiliyin tələbləri əsas tutularaq iş fəaliyyətinin həyata keçirildiyi nəzərə alınaraq rayon üzrə təhsil sektorunun müdiri Mirzəyeva Mehparə Ramazan qızı Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Həmçinin məsələlərə dair ətraflı müzakirələr aparılaraq Şuranın müvafiq qərarları qəbul olunub, aidiyyəti üzrə məsul şəxslərə tövsiyə və tapşırıqlar verilib.

Mədəniyyət

1

Mədəniyyət xəbərləri

15 aprel- Beynəlxalq Mədəniyyət Günüdür.

Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır. Bu gün beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi də tanınır. O vaxtdan etibarən dünyanın bir çox ölkəsində 15 aprel – Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur.

Bu gün Balakəndə Beynəlxalq Mədəniyyət Günü qeyd olundu.Bu münasibətlə Balakən Mədəniyyət Mərkəzində tədbir keçirildi.Çıxışlar,təbriklər,konsert,rəqs,şeir,kiçik səhnəciklər..Bir sözlə mədəniyyət işçilərinin özfəaliyyətində çox maraqlı ifalarla yadda qalan bir gün oldu-15 aprel tarixi..

Yazılar

0

Bu gün müqəddəs bayramlarımızdan Ramazan bayramıdır.

Bu gün müqəddəs bayramlarımızdan Ramazan bayramıdır.Ramazan ayı boyunca oruc tutan,ibadət eləyən, xeyir işlər görənlər gəlbinin dərinliklərində ayrılmağı istəməsələr də Ramazan ayı ilə vidalaşırlar.Ramazanın son ibadəti bayram namazıdır.Dünyanın və ölkəmizin hər yerində olduğu kimi Balakən rayonunun bir çox məscidlərində o cümlədən Balakən şəhər Mərkəzi Cümə Məscidində də bayram namazı qılındı.Möminlər namazdan sonra da bayramlaşaraq biri birini təbrik edir,ibadətlərinin Allahdan qəbul olmasını diləyirdilər.Namaz öncəsi məsciddə çıxış edən Balakən qazısı İbrahim əfəndi rayon rəhbərinin bayram təbriki məktubunu oxuyaraq inanc əhlini və cəmi Balakənliləri bayram münasibətilə təbrik etdi.Neçə,necə belə Ramazanlarda görüşmək,bayramlaşmaq diləyilə..