17 İyun ölkəmizin hər yerində səhiyyə işçilərinin peşə bayramı günü olaraq qeyd edilir.Bu gün münasibətilə Balakəndə də səhiyyə kollektivi tədbir keçirərək öz peşə bayramlarını qeyd etdilər.Belə ki,ulu Öndərin dağüstü parkda yerləşən abidəsini çiçəklərlə ziyarət edərək xatirəsini andılar.Sonra Şəhidlər Xiyabanına gələrək vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə çiçək dəstələri qoyaraq,məzarlarını ziyarət etdilər.Şəhidlərimizin ruhundan fatihə oxudular.Daha sonra Balakən RMX-ın böyük akt zalında toplaşaraq tədbirin rəsmi hissəsinə dövlət himnini səsləndirərək başladılar,şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla andılar.Səhiyyə işçilərini təbrik etmək üçün Balakən RİH-in başçısı İslam Rzayev,Balakən Polis Şöbəsinin rəisi Çingiz Aslanov da tədbirdə iştirak edirdilər.Rayon rəhbəri İslam Rzayev səhiyyə işçilərini təbrik edərək bir qrup tibb işçilərini Balakən Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif etdi.Polis rəisi Çingiz Aslanov səhiyyə koillektivini təbrik edərək,bu çətin,məsuliyyətli işdə onlara uğurlar dilədi.Natiqlərdən İlahə Orucova çıxış edərək səhiyyə gününün yaranmasından,ölkə və rayon səhiyyəsinin inkişafından,Balakən səhiyyəsində görülmüş işlərdən danışdı.Tanınmış,görkəmli həkim olmuş Əsgər Axundovun nəvəsi cərrah-həkim,elə babasının adını daşıyan , onun yolunu davam etdirən Əsgər doktor babası haqda danışaraq,onun o çətin dövrlərdə Balakən səhiyyəsindəki xidmətlərindən bəhs etdi.İştirakçılar Əsgər Axundov haqda qısa filmə baxdılar,bu gün artıq işləməyən, səhiyyədən təqaüdə çıxmış tanınmış həkimlərimizin video təbriklərini izlədilər.Balakən MRX Publik Hüquqi şəxs Dilbər xanım Quliyeva Balakən səhiyyəsində əməyi keçən bir neçə qocaman həkimlərimizi qiymətli hədiyyələrlə təbrik etdi.Həmən həkimlərdən daha əvvəl Balakən MRX-ın baş həkimi işləmiş doktor Nuriyev çıxış edərək tibb işçilərini təbrik etdi,bu gün Balakən səhiyyəsinin ölkədəki digər səhiyyə təşkilatlarıından fərqləndiyini,seçildiyi bildirdi,korona pandemiyası zamanı əvəzsiz xidmətlərindən danışdı..
Sonda xatirə şəkil çəkildi.















































