5 iyun- bu tarix ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür.Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən «Meliorasiya və İrriqasiya haqqında» Qanunun imzalandığı 5 iyun tarixi münasibəti ilə «Meliorator günü» peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli Sərəncam imzalamışdır. Ölkə başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün «Su təsərrüfatı və meliorasiya işçiləri günü» peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
5 İyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasibətilə Balakəndə tədbir keçirildi.İlk öncə ulu öndər Heydər Əliyevin dağüstü parkdakı abidəsi və Şəhid Xiyabanı çiçəklərlə ziyarət edilərək,şəhidlərimizin və ulu Öndərin ruhundan Fatihə oxundu. Tədbiri rayon rəhbəri İslam Rzayev açaraq Balakəndə çalışan Su təsərrüfatı və Meliorasiya işçilərini 5 İyun peşə bayramları günü münasibətilə təbrik edərək,onların işlərindən razılığını bildirdi.Onlara işlərində uğurlar diləyərək bir qrup işində fərqlənən,aşağıda adları çəkilən işçiləri Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.
1. Nastakalov Eldar İbrahim oğlu – Ekskvatorçu
2.İbrahimov Eşqin Oruc oğlu – Traktorçu
3.Qardaşova Rəfiqə zahid qızı – Nizamlayıcı
4.Əlisgəndərov Yaşar İsfəndiyar oğlu – Nizamlayıcı
5.Gondolov Fərrux Məhəmməd – Usta
6.Xalayev Elxan Nəsrəddin oğlu – Təmirçi çilingər
İslam müəllim Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxs tərəfindən təltif edilən iki işçinin-Cabbarov Əliyar Natiq oğlunun və Muquşov Rəsul Nəcməddin oğlunun “Fəxri Fərman”larını da təqdim etdi.Balakən Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Eldəniz Xudeynatov rayon rəhbərinə və digər qonaqlara bu peşə bayramı günündə onlarla birlikdə olduqlarına görə təşəkker edərək indidən sonra daha da yaxşı çalışacaqlarını,Balakənlilərin xidmətində olacaqlarını bildirdi.
Sonda bu gündən xatirə olaraq foto şəkil çəkdirildi.

















































