
Azərbaycan xalqı bu gün əsrlər boyu arzusu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Bu il, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünüdür. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.
Bununla və Heydər Əliyevin 102 illiyi münasibətilə Balakəndə,YAP Balakən təşkilatının inzibati binasında böyük tədbir keçirildi.İştirakçılar ilk öncə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar təşkil olunmuş sərgiyə baxdılar. Dövlət himni ilə başlayan tədbirdə ulu öndər Heydət Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Rayon icyimaiyyətini əhatə edən tədbiri rayonun siyasi rəhbəri Azad Balayev açaraq iştirakçıları salamladı,tədbir barədə məlumat verərək,sözü Balakən RİH Başçısı İslam Rzayevə verdi.İ.Rzayevin geniş dolğun çıxışı YAP-ın yaranmasından,ulu öndərin hakimiyyətə gəlməsindən,fəaliyyətindən,konistitusiyanın qəbulundan bu yana onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin rəhbərliyində Azərbaycanın ərazi bütövlüyün,suverenliyin tam bərpası və bu gün uğurla davam edən dövlət idarəçiliyinə qədər mövzularla zəngin idi.Çıxş edən natiqlərdən Leyla Əliyeva,Rəşid Musayev,Azər Kərimov ulu öndərin əvəzsiz xidmətlərindən,cənab Prezident İlham Əliyevin bu günkü gözəl işlərindən,Azərbaycanın dünya dövlətləri içərisindəki nüfuzundan,gücündən,yüksəldiyi məqamlardan bəhs etdilər.
Tədbirdə YAP Balakən veteranları,şəhid ailələrinin nümayəndələrindən bir neçə nəfəri “Konstitusiya və Suverenlik İli”,Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə qiymətli hədiyyələrlə mükafatlandırıldı.Ənənəvi olaraq YAP Balakən təşkilatının hər tədbirində olduğu kimi bu tədbirdə də YAP sıralarına yeni daxil olanlara partiya bileti təqdim edildi.
Tədbirin ikinci hissəsi YAP veteranları,şəhid ailəsi nümayəndələri və digər mükafatçılarla çay stolu arxasında davam etdi..
Yeni Balakən

















































