Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanası
Bir zamanlar(1990-2010-cu illər) Balakənin ən peşəkar xəstəxanalarından olan Qabaxçöl qəsəbə xəstəxanasında həyat vardı.Sözün əsl mənasında bir sıra sahələrdə çox yüksək tibbi xidmət göstərilir,o cümlədən cərrahiyə şöbəsinə,doktor cərrah Herayevin qəbuluna,əməliyyat olunmaq üçün nəinki Balakəndən,qonşu rayonlardan,hətta Gürcüstan Respublikasından da xəstələr gəlirdi.Bir gündə 14-15 cərrahi əməliyyat həyata keçirilirdi..Sonralar baxımsızlıqdan,təmir üçün yetərli vəsait ayrılmadığından xəstəxana,özəlliklə o məhşur cərrahiyə şöbəsi və digər yerlər uçub tökülməyə,dağılmağa başladı.Bu haqda rəsmi səviyyədə çox müraciətlər olunub Səhiyyə Nazirliyinə,hətta millət vəkili Nəsib müəllim Qabaxçöl qəsəbə xəstəxanasının bərbad vəziyyətini əks etdirən foto albom hazırladaraq nüsxələrini Səhiyyə, Maliyyə, İqtisadi İnkşaf Nazirliklərinə,Baş Nazirə təqdim edərək müraciət etmişdi.O müraciətdən sonra işə başlanılmış,ilkin olaraq yeni xəstəxananın layihəsi üçün vəsait ayrılmış,mütəxəssislər yerlə tanış olmaq üçün Balakəndə,Qabaxçöl qəsəbəsində olmuşlar.Sonra II Qarabağ Müharibəsi başladı,bu işlər dayandı.O dayanan hələ dayanıb amma ümid var..
Balakən RMX-nın Publik Hüquqi Şəxsi,direktor Dilbər xanım Quliyeva aidiyyatı təşkilatlara İTS,TƏBİB,Səhiyyə Nazirliyinə müraciət edərək mövcud vəziyyəti,tələbatı,çətinliyi və real imkanları onlarla məsləhətləşərək,razılaşdıraraq Qabaxçöl xəstəxanasına bir həyat nişanəsi,ilk olaraq iki sahə üzrə xidmət gətirdi.Beləliklə rayonun Qabaqcöl qəsəbə xəstəxanasında ASM-də qan alma və ginekoloji müayinə xidmətlərinə start verilib.Bu münasibətlə Qabaxçöl qəsəbəsə xəstəxanasında tədbir keçirildi.Tədbirdə Balakən rayon mərkəzi xəstəxanasının direktoru Dilbər Quliyeva, xəstəxananın İSX şöbə müdiri Cənnət Mustafayeva, xəstə xidmətləri şöbə müdiri Zülfira Ömərova, ASM mama-ginekoloqu Lalə Tinayeva, həkim laborant Aksana Ramazanova və tibb bacıları iştirak edib.Hələlik mövcud imkanlarla həftənin 2-ci və 4-cü günlərində analiz nümunələri alınacaq və ayda bir dəfə mərkəzi xəstəxananın ginekoloqu Lalə Tinayeva tərəfindən ginekoloji müayinə keçiriləcək.Qəsəbənin uzaqlığını nəzərə alaraq, TƏBİB-in belə şərait yaratması yerli əhaliyə həkim xidmətlərinə daha asan çatma imkanı təmin edir.
Tədbir, əhali arasında sağlamlıq problemlərinin erkən diaqnozunu qoymaq və müalicə proseslərini daha effektiv şəkildə həyata keçirmək məqsədini güdür. Bu addım, yerli sakinlərin sağlamlıq vəziyyətlərini izləmələri və vaxtında müalicə alma imkanlarını artıracaq.Bununla yanaşı vətəndaş bəzi xərclərinə qənaət edəcək,eyni zamanda Balakən RMX-da sıxlığı azaldacaq.Ağılla görülən işlər hər zaman gözəldir..
Yeni Balakən








